YAP MNTK sədri ilə “Bakcell”in 4 milyonluq davası – Sensasion iddia

img

15-02-2015 [17:53]


YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Məhəmməd Məmmədovun baş direktoru olduğu  "Aztelekom” İstehsalat Birliyi Azərbaycanda sensasion sayılacaq iddia ilə çıxış edib.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, M.Məmmədovun baş direktoru oduğu "Aztelekom” İB "Bakcell LTD” MMC-yə qarşı 3.902.271.76 manat (Üç milyon doqquz yüz iki min iki yüz yetmiş bir manat yetmiş altı qəpik) məbləğində iddia qaldırıb: "Səbəb "Bakcell”in "Aztelekom”un ötürücüləri üzərindən apardığı trafik xərcləri ilə bağlı yaranmış borcun bu günədək ödənilməməsidir. Buna görə də "Aztelekom”  mobil şirkətə qarşı iddia qaldırıb. İşə artıq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb”.

Mia.az xəbər verir ki, hazırda təxminən 4 milyonluq məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən araşdırılır: "Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın icraatında olan iş üzrə fevralın 10-da iclas keçirilib. Hakim prosesi fevralın 17-nə təxirə salıb”.

Məsələ ilə bağlı əlavə xəbərlərimiz olacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA