10-02-2015 [13:41]
Ötən ayın 18-də gecə Bakı-Sumqayıt yolunda baş verən maraqlı hadisə ilə bağlı mia.az yeni faktlar əldə edib.
Xatırladaq ki, həmin tarixdə Mia.az Aznews.az-a-a istinadən xəbər verib ki, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən (Xırdalan qəbiristanlığının yaxınlığında) 99 AA 499 nömrə nişanlı "Rang Rover” markalı avtomobilin sürücüsü ilə "BMW” markalı avtomobilin sürücüsü arasında mübahisə düşüb.
Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Davaya səbəb "BMW”-yə yol verməyən "Range Rover”-in sürücüsünün təhqiramiz ifadələr işlətməsi olub. Əlbəyaxa dava düşəndən sonra "BMW”-də olan sürücünün həyat yoldaşı yerə düşərək, onları sakitləşdirməyə çalışıb. Lakin "BMW”-nin sürücüsünə nisbətən cavan yaşda olan "Range Rover”-i idarə edən şəxs qarşısındakıları ağır ifadələrlə təhqir edib və onlara yumruq zərbələri endirib. Bundan sonra dava bir qədər də qızışıb və yolda avtomobillərin hərəkəti tamamilə dayanıb.
Başqa sürücülərin müdaxiləsinə baxmayaraq, davanı sakitləşdirmək mümkün olmayıb. Bu vaxt yoldan keçən başqa bir şəxs onlara yaxınlaşaraq, polis polkovniki olduğunu deyib, vəsiqəsini göstərib və onları aralaşdıra bilib. Həmin vaxt məlum olub ki, "Rang Rover”-in sürücüsü sərxoşdu.
O, özü də bunu boynuna alıb, toydan gəldiyini bildirib. AA seriyası ilə avtomobil idarə edən sürücü sonradan hadisə yerinə gələn 10 YP 756 nömrəli yol polisinin əməkdaşlarına da sərxoş olduğunu deyərək, onlara vəzifəli şəxs olduğunu, kiminsə qohumu olduğunu pıçıldayıb. Bundan sonra ayaq üstə güclə dayanan, nəinki dava etdiyi şəxsləri, hətta kənardakı şəxsləri də ağır ifadələrlə təhqir edən sürücü sərbəst buraxılıb. Bu vaxt başqa sürücülər yol polislərinə etirazlarını bildiriblər, lakin heç nə dəyişməyib. İçkinin təsirindən üst geyimini və telefonlarını yerə atan sürücü onları yığışdırandan sonra hadisə yerini tərk edib.
***
Bu xəbər yayıldıqdan sonra istər mətbuat, istərsə də, sosial şəbəkə istifadəçiləri AA seriyalı həmin vəzifəli şəxsin kimliyi və onun haqqında hansı tədbirlərin görülməsi ilə maraqlandılar. Ancaq bununla bağlı ölkənin nüfuzlu saytlarında xəbər tirajlansa da, Baş Dövlət Yol Polisi İdarəsindən açıqlama gəlmədi.
Mia.az isə həmin avtomobilin kimə məxsus olduğunu aydınlaşdırıb. Əldə etdiyimiz dəqiq məlumata görə, 99 AA 499 dövlət nömrə nişanlı avtomobilin sahibi hüquqi şəxsdir. Daha dəqiqi, həmin avtomobil nömrəsi Bakıda fəaliyyət göstərən "Clear" mehmanxanasının adına qeydiyyatda alınıb. Sözügedən maşın və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış massivi 108 ünvanında yerləşən 4 ulduzlu "Clear" mehmanxanası, həmçinin 99 AA 499 nömrəsi və onun rəsmi sənədlərdə sahibi kimi göstərilən fiziki şəxs Fuad Bayram oğlu Məmmədov haqqında daha ilginc məlumatlar var. Bəs, doğurdanmı həmin nömrə rəsmi sənədlərdə "Range rover"ə məxsusdur, yoxsa...?
Bununla bağlı faktlara rəsmi münasibət öyrənə bilmədiyimizdən hələ ki təfərrüata toxunmuruq. Araşdırma və dəqiqləşdirmələrimiz davam edir(Mia.az).
Son olaraq, ötən ayın 18-dəki hadisə ilə bağlı fotoları yenidən təqdim edirik:






Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi