Prezident kadr dəyişikliyi etdi – "Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edildi – Sərəncam

img

09-02-2015 [18:44]


"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Arif Nəriman oğlu Əsgərov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, o, bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2009-cu il tarixli sərəncamı ilə təyin edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA