03-02-2015 [21:10]
Qida məhsulları istehsalçısı olan
Azərsun Holdinq və Bazarstore supermarketlər şəbəkəsi Bakı 2015 Avropa Oyunları
tərəfindən Oyunların Rəsmi Dəstəkçiləri elan edilib.
Mia.az-a verilən xəbərə görə, Azərbaycanda çox
yaxşı tanınan bu iki şirkət ictimaiyyətin məlumatlandırılma səviyyəsini
yüksəltməklə və Oyunlara marağı artırmaqla Bakı 2015 brendinin daha yüksək
səviyyədə təbliğ olunmasına xidmət edəcək. Bu tədbirin Rəsmi Dəstəkçiləri kimi
Azərsun Holdinq və Bazarstore Oyunlara qədər hazırlıq dövründə və Oyunlar
müddətində eksklüziv marketinq fəaliyyəti imkanlarından faydalanacaqlar.
Azərbaycan
Respublikasının Gənclər və İdman naziri və BAOƏK-in Baş icraçı direktoru cənab
Azad Rəhimov deyib: "Bu iki aparıcı Azərbaycan şirkətini birinci Avropa
Oyunlarının Rəsmi Dəstəkçiləri kimi salamlamaq bizim üçün çox xoşdur.”
"Azərsun Holdinq
and Bazarstore artıq milyonlarla azərbaycanlının həyatının bir hissəsinə
çevrilib və onların dəstəyi Bakı 2015 Avropa Oyunlarının inkişafını davam
etdirməyə kömək edəcək.”
Azərsun Holdinq
özünün Azərçay brendi vasitəsi ilə Bakı 2015 Avropa Oyunlarının Rəsmi Çay
Tədarükçüsüı, həmçinin Rəsmi Çay Məhsullarının Təchizatçısı olacaq.
Azərsun Holdinq
Bakı 2015-in loqosundan istifadə etmək və marketinq və təbliğat fəaliyyətində
Bakı 2015 brendini kompleks şəkildə əks etdirmək hüququna malikdir. Həmçinin,
Azərçay məhsullarının qutu və qablarının üzərində Bakı 2015 Avropa Oyunlarının
loqosu əks olunacaq və Oyunların başlanmasına qədər televiziya reklamlarında
Bakı 2015-in brendi nümayiş etdiriləcək.
Azərsun Holdinqin
Baş icraçı direktoru cənab Savas Uzan deyib: "Birinci Avropa Oyunlarının Rəsmi
Dəstəkçisi olduğumuza görə fəxr edirik. Çay içmək ölkəmizin mədəniyyətinin və
məşhur Azərbaycan qonaqpərvərliyinin vacib bir hissəsidir.”
"Avropa
Oyunlarının dəstəkçisi olmaqla Azərsun və Azərçay Bakı 2015 Avropa Oyunlarının
qonaqlarının qəbul edilməsində iştirak edəcəklər.”
Bazarstore əhaliyə
satış məqsədilə Bakı 2015 Avropa Oyunlarının bütün rəsmi merçendayzinq
məhsullarını istehsal etmək hüquqlarına malikdir. Bakı 2015 Avropa Oyunlarının
Rəsmi Supermarketi kimi Bazarstore Avropa Oyunlarının rəsmi merçendayzinq
məhsullarının satışını özünün əsas mağazalarında, bir sıra müvəqqəti satış
mərkəzlərində və Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı ticarət
obyektində həyata keçirəcək. Bakı 2015 Avropa Oyunlarının brendi Azərbaycan
ərazisindəki bütün Bazarstore mağazalarında, şirkətin nəqliyyat vasitələrinin
üzərində, mağazadaxili reklamlarında, işçilərinin formalarında və müştərilər
üçün bazar kisələrində, eləcə də, reklam lövhələrində nümayiş etdiriləcək.
Azərsun Holdinqin
İdarə Heyətinin üzvü cənab Tahir Gözəl deyib: "Bazarstorun Bakı 2015 Avropa
Oyunlarının Rəsmi Supermarketi olduğuna və Azərbaycan üçün bu tarixi dövrdə
iştirak etdiyimizə görə çox şadıq.”
"Bakı 2015 Avropa
Oyunlarının rəsmi merçendayzinq məhsullarının istehsalı və satışı ilə biz
birinci Avropa Oyunlarının yaratdığı həyəcan və əhval ruhiyyəni işçilərimizə və
müştərilərimizə çatdıracağıq. Bazarstore, Azərsun Holdinq və Azərçay Bakı
2015-i dəstəkləməklə qalib komandaya qoşulduqları üçün fəxr edirlər.”
BAOƏK-in
Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq söyləyib: "Bu sazişlər
Azərbaycanın iki məşhur şirkətinin və Azərsunun çox sevilən brendi olan
Azərçayın Avropa Oyunlarına dəstəyi deməkdir. Bazarstore və Azərsunun
komandamıza qoşulması ilə Bakı 2015 Avropa Oyunlarını insanların gündəlik
həyatına gətirə biləcəyik.”
Bu müqavilələrin
bağlanması, Bazarstore və Azərsunun McDonald’s Azərbaycan, Milla, Motorola
Solutions, Sitecore və Tickethour şirkətlərinə qoşulmaları ilə Bakı 2015 Avropa
Oyunlarının yeddi Rəsmi Dəstəkçisi oldu. Bundan əlavə, Azərbaycan Hava Yolları,
BP, Coca-Cola, Nar Mobile, P&G, ARDNŞ və Tissot daxil olmaqla Bakı 2015-in yeddi
Rəsmi Tərəfdaşı var.
Bakı 2015 Avropa
Oyunlarının Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna əlavə edib:
"Azərsun və Bazarstore ilə bağlanan sazişlər bizim sponsorlarımızın sayını 14-ə
çatdırdı və göstərdi ki, Bakı 2015 Avropa Oyunlarının brendi gündən-günə
güclənməkdədir. Hər iki şirkət bizim mövcud güclü Rəsmi Dəstəkçilər və Rəsmi
Tərəfdaşlar siyahımızı tamamlayır. Azərbaycanın ən yaxşı supermarketinin bizim
həm obyektlərdə, həm də ölkədə merçendayzinqimizi və pərakəndə satışımızı idarə
etməsi bu layihə üçün olduqca müsbət haldır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi