26-01-2015 [12:56]
"Mən Vüqarın vəkiliyəm, son illərdə onun hüquqlarını müdafiə edirəm. Bununla əlaqədar həmin işdən yaxşı xəbərdaram. Təsəvvür edin ki, Vüqarın şikayətinə uzun illər Ali Məhkəmədə baxılmasına imkan verilmirdi”.
Mia.az azadxeber.net-ə istinadən xəbər verir ki, bu sözləri Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə ömürlük həbs cəzasına məhkum olunmuş Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev Feysbukda yazıb.
Vəkil yazıb ki, Lamiyə Quliyeva ilə yanaşı Vüqar Əliyevin də hüquqları tapdanıb:
"Sübut edə bildik ki, Vüqarın şikayətini 6 il müddətində həbsxana rəhbərliyi qəsdən Ali Məhkəməyə göndərməmişdir. Mən Ali Məhkəmənin Plenumu vasitəsilə müddətin bərpasına nail oldum. Ancaq şikayətə formal baxıldı, səbəbi də aydındır. İş indi Avropa Məhkəməsindədir.
Hesab edirəm ki, Vüqarın təqsirsizliyi şübhəsizdir. Tutulanda ciddi işgəncələrə məruz qalıb, bütün dişlərini sındırmışdılar. Bıçaq üzərində ancaq Lamiyənin barmaq izləri var. Həm də ifadə verib ki, qətli o özü törədib, çünki mərhum onu zorlamışdır. Bütün bunlara baxmayaraq, Vüqarı məhkum etdilər. Onun atası da 4 il yatdı. Bunlar hamısı Aslanovun əməlləridir”.
***
Milli Preventiv Qrupun üzvləri 4 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində olublar. MPQ tərəfindən bu müəssisədə cəza çəkən Lamiyə Quliyeva və digər qadın məhkumlar təklikdə konfidensial qaydada qəbul edilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.
Həmin qadın məhkumlar müəssisədə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər.
Lamiyə Quliyeva ötən ilin oktyabr ayında dünyaya gətirdiyi uşağı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirərək bildirib ki, heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu öz istəyi ilə baş verib. Eyni zamanda o özünün və körpəsinin sağlamlığı ilə bağlı narahatçılığının olmadığını söyləyib.
L.Quliyeva uşağı ilə birgə müəssisənin standartlara uyğun ana və uşaq otağında saxlanılır, saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur.
Hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, Lamiyə Quliyevanın bu açıqlaması da mediada uzun müddətdir axtarılan sualı cavablandırmadı. Söhbət onun təcavüzə məruz qalmasından deyil, türmədə uşağı necə dünyaya gətirməsindən və uşağın atasının kim olmasından gedir.
Bu vaxta qədər rəsmi nikahda olmayan xanıma türmədə kiminlə uzunmüddətli görüşə icazə verilib? Lamiyə türmədə olduğu müddətdə rəsmi nikaha giribmi? Giribsə, uşağın atası odurmu və ümumiyyətlə, niyə uşağın atasının kimliyi açıqlanmır?
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi