Hüquq müdafiəçisi yol polislərini təhdid edib? – Yevlax postunda baş verən hadisə ilə yeni iddia (FOTO)

img

26-01-2015 [08:44]



Xəbər verildiyi kimi, tanınmış hüquq müdafiəçisi Vidadi İsgəndərli yanvar ayının 23-də Bakı-Yevlax-Qazax magisrtal yolunun 263-cü km-də qəzaya düşüb.

Bu barədə Vidadi İsgəndərli "Youtbe.com”da paylaşdığı videoda deyib ki, idarə etdiyi avtomobillə Bakı istiqamətinə hərəkətdəykən, qarşı tərəfdən gələn "Ford” markalı avtomobil onun yoluna çıxıb. Qəza nəticəsində Vidadi İsgəndərlinın avtomobili əzilib, özü isə xəsarət alıb.

Bu barədə "hefteaz.tv”yə açıqlama verən İsgəndərli hadisəni özünə qarşı sui-qəsd sayıb.  Yevlax DYP postundan "hefteaz.tv”yə deyiblər ki, qəza törədən avtomobil axtarışdadır. Hadisə ilə bağlı BDYPİ-nin İstinataq və Təhqiqat Şöbəsində araşdırma aparıldığı da deyilib.

Hadisə və orada yaşananlarla bağlı Mia.az-a verilən məlumatda isə maraqlı məqamlar var. Saytımıza daxil olan məlumata görə, hadisədən sonra həqiqətən də Yevlax postuna gedən Vidadi İsgəndərli orada "Ford” markalı maşının qəfildən onun yoluna çıxmasını və hadisəni ona qarşı sui-qəsd olması ilə əlaqələndirib. Saytın elektron poçtuna daxil olan məlumatda iddia olunur ki, Vidadi bəy orada yol polislərinə "Məni bütün ölkə tanıyır, siz tanımırsınız? Ölkə başçısından tutmuş, Ramil Usubova qədər hamı bilir, mən kiməm” deyərək, yol polislərinin təhdid də edib.

Bunun nə dərəcə doğru olduğunu, əlbəttə, hadisə yerində olan yol polisləri, Vidadi İsgəndəli və hadisə yerində olan şahidlər təsdiqləyə bilər. Ancaq fakt odur ki, ilkin araşdırma zamanı Vidadi İsgəndərlinin sərxoş olması müəyyən olunaraq, barəsində tədbir görülüb.  Eyni zamanda, onun idarə etdiyi maşın cərimə meydançasına aparılıb.

Məlumata görə, V.İsgəndərlinin idarə etdiyi  50 CC 782 dövlət nömrə nişanlı avtomobilin necə əziləməsi və "Ford” axtarışı istiqamətində tədbirlər davam etdirilir. 

Mia.az xəbər verir ki, hadisə ilə bağlı araşdırmanı Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsi aparır. İstintaq idarəsindən verilən arayışda Vidadi İsgəndərlinin olay zamanı sərxoş olduğu da rəsmən təsdiqlənib. 

v2

2015-01-26-09-54-31vidi-qeza-2.jpg (720×960)

2015-01-26-09-54-44vidi-qeza-3.jpg (540×960)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA