Abbas Abbasov "Azərros"dan qovuldu, qurultaya mane olundu, amma...(FOTOLAR)

img

18-01-2015 [00:25]


Moskvada "Azərros Federal Milli-Mədəni Muxtariyyətinin növbədənkənar hesabat-seçki qurultayı keçirilib.

Moskvadan Mia.az-a verilən məlumata görə, qurultayın keçirilməsi qərarı cari ilin 15 yanvar tarixindəAzərRosun Federal Şurasının 23 üzvünün iştirakı ilə keçirilən iclasda qəbul olunub. Qurultayda Rusiyanın 34 regionundan 80 nümayəndə, 100 nəfərə yaxın qonaq və gənclər iştirak edib.

Qurultayı giriş sözü ilə açan akademik Heydər İmanov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini vurğulayıb. Qurultayın sədri Federal Şuranın üzvü Söyün Sadıxov, katibi isə Federal Şuranın üzvü Nizami Bəşərov seçilib.

Söyün Sadıxov çıxışında qurumda son iki ildə böyük münaqişələrin baş verdiyini bildirib: "Bu intriqalar təşkilatın fəaliyyətini iflic edib. Bütün bunlara dərhal son verilməlidir. "Azərros" nə vaxt güclü təşkilat olsa, o zaman Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlı Gənclər Birliyi bizim təşkilata hörmətlə yanaşar. Bizi təkcə Rusiya hökuməti deyil, Azərbaycan hökuməti də dəstəkləməlidir. "Azərros" heç kəsin cibinə xidmət etməməlidir. Bu təşkilat Rusiyada yaşayan həmvətənlərimizə xidmət etməlidir. Son iki ildə təşkilatı pis günə qoyublar. Sonuncu qurultayda prezident seçilən Asif Məhərrəmov təşkilat üçün heç bir iş görmədi. Mən indiki qurultayın iştirakçılarından keçən qurultayda baş verənlərə görə üzr istəyirəm. Asif Məhərrəmovun namizədliyini dəstəkləyəndə onu bacarıqlı biri bilirdim. Neçə il polis orqanlarında çalışıb. Lakin o, ümidləri doğrultmadı. "Azərros"da vəzifə tutmaq gələcəkdə hansısa ölkədə nazir və ya digər vəzifə sahibi olmaq demək deyil. Amma Asif Məhərrəmov və digərləri bunu başqa cür başa düşürdülər".

Qurultayın gündəliyinin müzakirəsindən öncə, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin daxili və xarici siyasətini dəstəkləyən, həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası dövlətlər və xalqlar arasında strateji tərəfdaşlıq, dostluq və hərtərəfli əməkdaşlığı dəstəkləyən qətnamə qəbul olunub.

Sonra Qurultayın gündəliyinin 4 bəndi qəbul olundu.

Qurulyatın mandat komissiyasının sədri Qalib Ağayev Abbas Abbasov və onun ətrafının qanunauyğun olmayan əməllərindən söz açaraq, Abbas Abbasovun Azərbaycan vətəndaşı olaraq Rusiya azərbaycanlıları adından siyasi bəyənnamələr ilə çıxış etməyə hüququ olmadığını qeyd etdi.

Azərbaycanın Rusiyadakı Səfir müavini Qüdsi Osmanov isə qurultay iştirakçılarını təbrik edərək, onlara uğurlar arzulayıb. Rusiya-Azərbaycan münasibətlərindən danışan səfir müavini hər iki ölkənin strateji tərəfdaş, xalqlarının isə tarixən dost olduğunu söyləyib: "Rusiyada yaşayan azərbaycanlılar bu cəmiyyətin bir parçasıdır. Rusiya azərbaycanlıları hər zaman bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər və Prezident Vladimir Putini dəstəkləyiblər. Rusiyanın bugün öz ictimaiyyətinin dəstəyinə ehtiyacı var. Siz bilirsiniz ki, dünyada bu gün bir çox hallarda beynəlxalq hüquq normalarına riayət olunmur, ikili standartlar siyasəti yürüdülür, bir çoxları həm Rusiyada, həm Azərbaycanda əmin-amanlığın olmasının marağında deyillər. Biz birgə buna qarşı durmalıyıq."

Q.Osmanov Azərbaycan dövlətinin hər bir ölkədə güclü, monolit diasporu olmasında maraqlı olduğunu deyib. Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidentiyəm" sözlərini iştirakçılara çatdıraraq, səfir müavini Rusiyada yaşayan azərbaycanlıların taleyinin Azərbaycan üçün fərqsiz olmadığını bildirib: 

"Azərros bir qrup şəxsin yox, sizindir. Biz Rusiyanın daxili siyasətinə qarışmırıq və qarışmaq fikrində deyilik. Lakin siz etnik azərbaycanlısınız, buna görə biz sizinləyik və sizə kömək etməyə hazırıq. Səfirlik hər zaman sizin tərəfinizdədir". 

Qüdsi Osmanov Qurultayın işində martın əvvəlinə kimi fasilə götürməyi və Abbas Abbasovun tərəfdarları olan və AzərRosun Federal Şurasının az qismi olan üzvlər ilə dialoq qurmağı da tövsiyyə edib: "Təşkilatın sıralarında birlik və həmrəylik olmalıdır".

Sonra Qurultayın gündəliyinin birinci bəndinə uyğun olaraq, 2014-cü ilin fevralın 28-də keçirilən VI-cı qurultayda Rusiyanın regionlarından AzərRos nümayəndələrinin yetərsayın olmadığı üçün qanuni sayılmaması məsələsinə baxılıb və birsəslə VI-cı qurultay və qurultayın qərarları ləğv olunub. Söyün Sadıxovun sözlərinə görə qeyd olunun qeyri qanuni qurultayda Azərrosun bir çox regional milli-mədəni muxtariyətləri və mədəni mərkəzləri onların xəbəri və razılığı olmadan təşkilatdan çıxarılıbmış. 2014-cü ildə keçirilən qurultayın qanuni olmadığına görə sözügedən regional qurumların hüquqları bərpa olundu.

Bundan sonra AzərRos FMMM-in nizamnaməsinə dəyişikliklərin daxil etməsi məsələsi müzakirə olunub. Nizami Bəşirov son 2 ildə Ağsaqqalar Şurasının fəaliyyətsizliyindən və təşkilatın adından Abbas Abbasov və Rüstəm İbrahimbəyovun çıxışlarından söz açaraq, Abbas Abbasovun rəhbərlik etdiyi Ağsaqqalar Şurasının ləğv olunmasını təklif edib. Qurultay nümayəndələri bu təklifi bir səslə qəbul etdilər.

Təşkilatın Prezidenti vəzifəsi məsələsinin müzakirəsinə gəldikdə isə, təşkilatın Prezidenti vəzifəsinə namizədlərdən biri Qalib Ağayev Qüdsi Osmanovun məsləhətini dəstəkləyərək, qurultayda bu il martın 6-na qədər fasilə elan edilməsini və Federal Şura üzvləri ilə dialoqun davam etdirilməsini təklif edib. Gərgin mübahisədən sonra bu təklif çox səslə qəbul olunub.

Həmçinin qurultayda AzərRos FMMM-in keçmiş Prezidenti Asif Məhərrəmov iştirak edərək, tədbir iştirakçıların qarşında çıxış edib: " Siz hamınız yaxşı başa düşürsünüz ki, bu hücumların hədəfi və əsas cavabdehi mən deyiləm. Mən yalnız yaranmış vəziyyətin qurbanıyam".

AzərRosun vitse-prezidenti Yusif Xıdırov təşkilatın rəhbərliyi tərəfindən yol verilmiş səhlərdən söz açıb: "Mənim babam Böyük Vətən Müharibəsində faşizmə qarşı vuruşaraq şəhid olub, həmçinin mənim bir çox qohumlarım Qarabağda şəhid olublar. Mən onlar ilə qürurlanıram, həm Rusiya, həm Azərbaycanı sevirəm. Lakin Asif Məhərrəmov mənə Qarabağdan, Xocalı faciəsindən danışmağa qadağa qoyurdu ki, bu kiminsə xoşuna gəlmiyə bilər. Azərrosun Ağsaqqallar Şurasının mövqeyinə görə bizi müxalifət kimi qəbul edirlər. Biz utanırıq, Azərbaycanda isə bizə olan münasibəti bizim qohum-əqrabəmiz başa düşmür". 

Eyni zamanda, o qeyd edib ki, çoxları Azərrosda baş verənləri Qalib Ağayev ilə Asif Məhərrəmov arasında münaqişə kimi qiymətləndirirlər: "Lakin bu gün ki qurultay bunun tam əksini göstərir. İnsanlar AzərRosun taleyi və Rusiya azərbaycanlıların gələcəyi üçün vuruşurlar. Bu gün ki qurultay - insanların sözüdür, onlar təşkilatın parçalanmasını və tarixi vətənləri ilə əlaqələrin kəsilməsini istəmirlər".

AzərRosun Yaroslavl regional milli-mədəni muxtariyyətinin rəhbəri Asman Hüseynov bütün AzərRosun üzvlərinə, o cümlədən Abbas Abbasovun tərəfində olan nümayəndələrinə üz tutaraq, onları heç kəsdən qorxmamağa çağırıb: "Gəlin açıq və ədalətli seçki keçirək, təşkilata yeni prezident seçək, AzərRosun işgüzar Aparatını və Şurasını yaradaq". 

O, həmçinin bir çox regional nüməyənədəliklərə göstərilən təzyiq barədə danışıb.

Qurultay martın 6-na kimi işində fasilə götürdü. Qurultayın başa çatmasına qədər təşkilatın prezidentinin və Federal Şuranın rəhbəri səlahiyətlərini icra edən Nizami Bəşirov seçilib.

Qeyd edək ki, qurultayın gedişatına maneə törətməyə cəhd olunub. Belə ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi tədbirin Moskva Millətlər Evində keçirilməsini elan etsə də, sonradan qurultayın keçiriləcəyi ünvan dəyişdirilib. Moskva Millətlər Evindən "Azərros"un qurultayının keçirilməsinə verilən icazə ləğv olunub.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA