23-12-2014 [10:20]
Bakıda 19 yaşlı oğlanın tanışlıq saytında münasibət qurduğu qıza əxlaqsız mövzuda mesajlar göndərməsi cinayətlə nəticələnib. İki gəncin qız üstündə yaranmış mübahisəsi bir nəfərin xəsarət almasına, digərinin həbsxana həyatı yaşamasına səbəb olub.
1993-cü ildə Kürdəmir rayonunda anadan olan Nurani İbrahimov internet vasitəsi ilə tanış olduğu "Alina İslamova”ya əxlaqsız məzmunda məktub göndərib. Qeyd edək ki, Alina - əslində, Təhminə Ələkbərovanın "Mail ru” saytında qeydiyyatdan keçdiyi addır. "Alina”nın internet dostu Vurğun Cəbrayılov bundan xəbər tutub və ona iradını bildirib.
Sayt şeytan əməlidirmi?
Nurani İbrahimov Vurğuna da eyniməzmunlu məktub yollayıb. Vurğun Cəbrayılov internet ünvanına onun şərəf və ləyaqətini alçaldan təhqiramiz ifadələr yazdığına görə Nuraninin mobil telefonuna zəng edib və məsələyə aydınlıq gətirmək üçün görüşməyi təklif edib.
Nurani İbrahimov evdən bıçaq götürərək metronun "Neftçilər” stansiyası yaxınlığında Vurğun Cəbrayılovla görüşüb. Onlar yazışma zamanı əvvəlcə kimin söyüş yazmasına baxmaq üçün yaxınlıqdakı "VİP" internet kluba gediblər. Orada kompüterin arxasında yanaşı əyləşərək, internet vasitəsi ilə bir-birinə göndərdikləri məktublara baxıblar.
Bu zaman Vurğun Cəbrayılovun təkrarən onun ünvanına nalayiq söyüşlər söyüb. Nuranı də bu təhqirə görə Vurğundan qisas almaq qərarına gəlib: ona bıçaqla iki dəfə zərbə endirib. Yaralı dərhal 3 saylı şəhər xəstəxanasına çatdırılıb, ona lazımi tibbi yardım göstərilib. Bu səbəbdən, onun həyatını xilas etmək mümkün olub.
Publika.Azxəbər verir ki, Nurani İbrahimov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə maddəsi ilə təqsirli bilinib. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Məni Romeosuz qoyma, bu, ilk baxışdan məhəbbətdir”
Nurani İbrahimov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, bildirib ki, əslən Kürdəmir rayonundandır, amma ailəsi ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayıb: "Hadisə günü, evin yaxınlığında olan internet kluba getmişdim. İstəyirdim ki, sayta daxil olub orada olan fotoşəkillərimi silim və saytımı bağlayım. Mail. ru saytına, oradan isə "Vrestlinq” loqininə daxil oldum və şəkillərimi sildim. Saytı bağlamaq istədikdə ünvanıma məktub daxil olduğunu gördüm. Məktubda tanımadığım qız "salam, necəsən, mən sənə vurulmuşam” yazmışdı. Həmin qıza "salam, mən sizi, siz isə məni tanımırsınız, sağ olun” yazdım. Buna baxmayaraq, həmin qız təkrarən "məni Romeosuz qoyma, bu, ilk baxışdan məhəbbətdir” sözlərini yazdı. Əvvəl elə düşündüm ki, yazan oğlandır. Bu səbəbdən, onu başımdan elədim və tanımadığımı yazdım. Bu vaxt həmin qız mənə nalayiq söyüşlər yazdı. Bir daha əmin oldum ki, yazan oğlandır. "Qıza” cavab olaraq söyüş yazdığımı xatırlamıram. Yazanın oğlan olub-olmamasını dəqiqləşdirmək üçün ona qardaşı ilə danışmaq istədiyimi bildirdim. Qız da öz növbəsində məni başqa şəxsə, sonradan adını bildiyim Vurğunla yazışmağa yönəltdi. Həmin vaxt sayta kimsə daxil olub mənə "dostluq” göndərdi. Həmin şəxslə yazışmaq istəmədim, çünki başa düşdüm ki, bu, həmin qızın tanışıdır. Qız da elə məni Vurğunla yazışmağa təhrik etmişdi. Bu zaman Vurğun mənə "ala, qəbul et, kimsən sən?” sözlərini yazdı. Vurğuna yazdım ki, ala deyiləm, adım Nuranidir. Vurğun məndən həmin qızı tanıyıb-tanımadığımı soruşdu. Ona qızı tanımadığımı və onun mənə məktub yazdığını dedim. Vurğun cavabında dedi ki, o qız heç vaxt sənə məktub yaza bilməz. Vurğun məndən kim olmağımı, harada yaşadığımı soruşdu. Mən də ünvanı söylədim. O, mənə nalayiq ana söyüşləri yazdı. Özümün ana söyüşü yazdığımı xatırlamıram. Öz mobil nömrəmi Vurğuna yazıb göndərdim. Vurğun da nömrəsini mənə verdi. Bundan sonra saytı bağladım və evə getdim”.
"İnternet kluba getməyi təklif etdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Vurğun ona zəng vurub və "Neftçilər” metro stansiyasının yanında olduğunu deyib: "Evdən mətbəx bıçağı götürdüm və getdim ki, birdən Vurğun görüşə tək gəlməz, məni döyərlər, mən də bıçaqla onları qorxudaram. "Neftçilər” metrostansiyasının yanına getdim. Orada Vurğunla görüşdüm. Həmin vaxt Vurğun mənə yaxınlıqda yerləşən internet kluba gedərək internetə daxil olmağı və ilk olaraq kimin-kimə söyüş yazmasına baxmağı təklif etdi. Heç bir söz demədən Vurğunla birlikdə metrostansiyasının yanında yerləşən "VİP” internet kluba getdik. Kompüterin arxasında yan-yana əyləşdik”.
"Mənə yazan qızın qardaşı olmadığını biləndə...”
O, qeyd edib ki, Vurğun öz poçt ünvanına daxil olub və bir qədər əvvəl aralarında olan yazışmaya baxıb: "Hər ikimiz gördük ki, mənim ünvanıma ana söyüşləri yazan Vurğun olub. Bu vaxt Vurğun təkrarən nəzarətçiyə 10 qəpik verərək vaxtı uzatdı ki, bir daha yazılara baxaq. Vurğundan nə üçün mənə söyüş yazmasını soruşdum. O, əcəb elədiyini söylədi. Vurğunun mənə yazan qızın qardaşı olmadığını biləndə çox əsəbiləşdim. Evdən özümlə götürdüyüm bıçaqla onu vurdum. Vurğun ayağa qalxıb, geriyə tərəf çəkildi və zaldan qaçdı. Bir qədər sonra mən də klubdan çıxdım. Bıçağı yoldakı ağaclığa atdım. Vurğuna bıçaqla neçə zərbə vurmağım yadında qalmayıb. Hadisədən sonra oradan birbaşa Keşlə qəsəbəsində yaşayan atamın qohumu Rasimin evinə getdim, gecəni onlarda qaldım. Lakin Rasimə heç bir söz demədim. Səhəri gün polisə gedərək törətdiyim cinayəti etiraf etdim”.
"Nurani məni nalayiq söyüşlərlə təhqir edib”
Zərərçəkmiş Vurğun Cəbrayılov deyib ki, ailəlidir, bir uşaq atasıdır. Məşhur şirkətlərdən birində çalışdığını söyləyən Vurğun əlavə edib ki, internet vasitəsi ilə özünü Alina kimi təqdim edən, sonradan adını Təhminə olduğunu bildiyi qızla tanış olub: "Təhminəyə Office proqramlarında kömək edirdim. Onunla bir0-birimizə "bacı”-"qardaş” deyirdik. Təhminənin internetdə ləqəbi "Alina İslamova” olub. Təhminə ilə internet vasitəsi ilə əlaqə saxlasam da, onun telefon nömrəsini, ev ünvanını bilməmişəm. Ümumiyyətlə, onu görməmişəm. Təhminə də həmçinin mənim telefon nömrəmi və ev ünvanımı bilməyib. İlk dəfə Təhminəni baş vermiş hadisədən sonra arvadım Arzuyla yanıma xəstəxanaya gələndə görmüşəm. Nurani İbrahimov əvvəllər tanımamışam, onunla heç bir ədavət və düşmənçiliyim olmayıb. Hadisə baş verən günü Təhminə internet vasitəsi ilə Nurani adlı şəxsin ona nalayiq söyüşlər yazdığını dedi. O, Nuraninin email adresini verdi. Bundan sonra, emaylə daxil olaraq Nuraninin kim olması ilə maraqlandım, sonuncudan nə səbəbə Alinanın ünvanına nalayiq sözlər yazdığını soruşdum. Nurani isə cavabında dedi ki, əcəb etmişəm. Nurani məni nalayiq söyüşlərlə təhqir etdi”.
"Onu valideynlərinə görə bağışlayıram”
Vurğun Cəbrayılov daha sonra ifadəsində Nurani ilə "Neftçilər” metrostansiyasının yaxınlığında görüşdüklərini, sonra internet klubda yazışmalarına baxdıqlarını və qanlı olayın necə baş verdiyini danişib: "Nurani ilə bir-birimizin ünvanımıza söyüşlər yazmağımız aydın görünürdü. Nurani mənə söyüşlərə görə iradını bildirdi, mən də öz növbəmdə "sən söymüsən, mən də söymüşəm” dedim. Kompüterdə olan digər söyüşləri Nuraniyə göstərmək istədim. Bu zaman kompüterin istifadə vaxtı bitdi, nəzarətçini çağırıb əlavə 15 dəqiqə vaxt istədim. Kompüteri işə salan zaman Nurani qəflətən sol döş nahiyəmə bıçaqla dalbadal iki zərbə endirdi. Yenidən vurmaması üçün onu itələyib, klubun giriş qapısından çıxdım. Orada yerləşən telefon mağazasının yaxınlığında yerə yıxıldım. Telefon mağazasında işləyən tanışım Sərxan məni taksi ilə xəstəxanaya apardı. Nuraninin mənə neçə zərbə vurduğunu xatırlamıram, amma bədənimdə üç xəsarət var. İstəsə, məni yenə vura, hətta öldürə bilərdi. Klubdan çıxanda da arxamca düşmədi. Metro ilə internet klubu arasındakı yolda da Nuraninin məni öldürməyə imkanı olmuşdu. Nuranini valideynlərinə bağışlayıram”.
"Vurğunla mail.ru saytında tanış olmuşam”
Cinayətin baş verməsində adı keçən Təhminə Ələkbərova iş üzrə şahid qismində dindirilib. Təhminə Ələkbərova bildirib ki, evlərində olduğu zaman mail.ru saytına daxil olub və sinif yoldaşları, tanışlarla yazışıb: "İnternetlə yazışanda "Ləzqinoçka 77” ləqəbi ilə adımı "Alina İslamova” yazıram. Vurğunla İnternet vasitəsi Mail. ru” saytında tanış olmuşam. Bir-birimizə bacı-qardaş münasibəti bəsləmişik. Hadisə baş verən günü saytda "Simpatiçnıy Kafqazes” ləqəbində, sonradan adını Nurani bildiyim bir nəfər şəxs mənə dostluq təklif etdi və sonra da "salam” yazdı. Nuraninin dostluğunu qəbul etmədim. Bunun cavabında həmin şəxs mənim ünvanıma nalayiq söyüşlər yazdı. Nuraninin mənə nalayiq söyüşlər yazmasını internet vasitəsi ilə tanış olduğum Vurğuna dedim. Təxminən 2-3 gün keçdikdən sonra Vurğunun həyat yoldaşı Arzu ilə telefonla danışdım. Arzunun sözlərindən bildim ki, Vurğunu bıçaqla vurublar, xəstəxanadadır. Arzu ilə görüşdüm və birlikdə 3 saylı xəstəxanaya getdik, Vurğunla orada görüşmüşəm. Həmin günə kimi Vurğunu görməmişəm və onun əsl adını bilməmişəm”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurani İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nurani İbrahimov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Nurani İbrahimovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Nurani İbrahimovun apelyasiya şikayəti təmin edilməyib və birinci məhkəmə instansiyasının hökmü qüvvəsində saxlanılıb.
Hacı Zeynalov
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi