"Azersun"dan daha bir şok fakt: "Bizim Tarla"dan həşərat çıxdı – Biabırçılıq, VİDEO

img

13-12-2014 [12:01]


""Bazarstore" supermarketlər şəbəkəsinin Əhmədli qəsəbsində yerləşən filialında aldığımız "Bizim Tarla" kompotunun içində həşarat olduğunu gördük". 

Mia.az xəbər verir ki, bu barədə Arqument.Az-a paytaxt sakinləri tərəfindən daxil olan şikayət məktubunda bildirilir.

Şikayətçilər bildirirlər ki, son vaxtlar "Azersun Holdinq" və onun tərkibinə daxil olan "Bazarstore" supermarket şəbəkələrində dəfələrlə bu kimi hallar baş verməkdədir: "İnsanların sağlamlığını deyil, pullarını, ciblərini düşünən şəbəkə, holdinq alıcılara dəyər vermir! Kim bilir, bəlkədə, "Azersun"da və "Bazarstore"də minlərlə belə məhsul var və gündəlik insanlara satılır. İnsanları zəhərləyirlər!".

"Bundan başqa, yalnız bir kassada dövlət çeki vurulur. Qalıq pullar qaytarılmır və əvəzində müştəriyə heç nə təklif edilmir. "Bazarstore" faktiki pullarımızın və sağlamlığımızın qəniminə çevrilib", - deyə sakinlər bildirir.

Qeyd edək ki, şikayətçilər faktla bağlı foto və videogörüntğülər də göndəriblər. Həmin fotolarla videogörüntünü təqdim edirik.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA