11-12-2014 [17:54]
Milli komanzmızın məşqçisi Mahmud Qurbanov Qol.Az saytına müsahibəsində "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində bu gün İtaliya "İnter”i ilə qarşılaşacağı oyun haqda sualları cavablandırıb
- Komandamızın bugünkü oyunundan nə gözləyirsiniz?
- Yaxşı nəticəyə inanıram. Bu gün "Qarabağ”ı nə qədər çətin oyun gözlədiyi hər kəsə bəllidi. "İnter” Avropanın ən böyük klublarından biridir. Onlar Bakıya ikinci heyətlə gəlmələrinə baxmayaraq yenə də komandamızın işi asan olmayacaq.
- Yaxşı nəticəyə inandığınızı dediniz. Proqnozunuz necədir?
- Hər şey "Qarabağ”ın öz əlindədir. Doğma meydan və çılğın azarkeş amili komandamızın oyununa yaxşı mənada təsir göstərəcək. Çətin də olsa, "Qarabağ”ın "pley-off”a çıxacağına inanıram. Məncə, bu gün komandamız uğurlu nəticə qazanacaq və Azərbaycan futbolunda tarix yazacaq. Çünki bugünkü matç Azərbaycan futbolu üçün ən vacib qarşılaşmadır. Bunu bizim kimi "Qarabağ”ın hər bir üzvü dərk edir. Bizimlə müqayisədə İtaliya futbolu xeyli güclüdür. Ancaq "Qarabağ”ın növbəti mərhələyə çıxacağına çox ümidliyik.
- Çoxları hesab edir ki, "İnter”in ikinci heyəti "Qarabağ” üçün daha arzuolunmaz rəqib olacaq. Siz necə düşünürsünüz?
- "Qarabağ” "İnter”lə İtaliyada qarşılaşıb. Qurban Qurbanov rəqibin əsas heyətini yaxşı analiz edib. Ancaq Bakıya gələn gənc futbolçuların potensialı bəlli deyil. Bu baxımdan komandamız üçün bir qədər çətinlik ola bilər. Həmçinin, gənclər daha əzmkar mübarizə aparacaq və özlərini sübut etməyə çalışacaq. "Qarabağ” futbolçuları da bunu nəzərə almalı və matçın sonuna qədər güclərini qorumalıdırlar.
- "Qarabağ”ın qol silahı sayılan Reynaldo Silva zədə səbəbindən bugünkü görüşdə iştirak etməyəcək. Onun yoxluğunda "Qarabağ”ın qələbəsinə ümid edə bilərik?
- Düzdür, Reynaldonun yoxluğu cidddi itkidir. Çünki İtaliya klubları əsasən müdafiədən oynayır. Reynaldo rəqib üçün başağrısı ola bilərdi. Ancaq Vüqar Nadirov da göstərir ki, ona güvənmək olar. Reynaldo yoxdu deyə komandamız ruhdan düşməməlidir. Vüqar Reynaldonu lazımınca əvəzləyə bilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi