Nazir rüşvətxor direktoru işdən qovdu – Rəsmi-Video

img

10-12-2014 [16:51]


Təhsil Nazirliyi rüşvət alması ilə bağlı video yayılan məktəb direktorunu vəzifəsindən azad edib.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. "Hacıqabul rayon Talış kənd tam orta məktəbinin direktoru tutduğu vəzifədən azad olunub”, - deyə nazirliyin cavabında bildirilir.

Xatırladaq ki, Hacıqabul rayon Talış kənd tam orta məktəbinin müəllimləri həmin təhsil müəssisənin rəhbəri ilə bağlı Publika.az-a müraciət etmişdi. Müəllimlərin sözlərinə görə, məktəbin 71 yaşlı direktoru Mirsaleh Mirabbas oğlu Məmmədov dövlətə məxsus məktəbi öz mülkü hesab edərək vəzifəsindən sui-istifadə edir. Onun məktəbə məxsus maddi-texniki vasitələri mənimsədiyi, məktəbin texniki işçilərinin əksəriyyətinin maaş kartlarını alıb uzun müddət özündə saxladığı, ayda bir neçə dəfə işə çıxmaq və ya ümumiyyətlə, gəlməmək şərti ilə onlara cüzi miqdarda pul verdiyi bildirilirdi.

Şikayətçilər Mirsaleh Mirabbas oğlu Məmmədovun əməlləri ilə bağlı əyani fakt kimivideo-materiallarda yaymışdılar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA