Bakıda yük maşını yandı – Tunel bağlandı (FOTOLAR)

img

09-12-2014 [00:06]


Bu gün Bakıda daha bir avtomobil yanıb. AzNews.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl Nəsimi rayonu ərazisində - Ziya Bünyadov praspektinə birləşən tunelin girişində yük maşını qəfildən alışıb.

Hadisə şahidlərinin sözlərinə görə, hansısa firmaya məxsus olan həmin yük avtomobilinin içərisi ərzaqla dolu olub. Bütövlükdə alışan avtomobili söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çağırılıb.

Təhlükəsizlik baxımından yol polisləri əməkdaşları avtomobillərin hərəkətini tamamilə məhdudlaşdırıb.
Hadisə yerinə yollanan AzNews.az- ın əməkdaşının çəkdiyi fotoları təqdim edirik


'

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA