Xədicə İsmayılın evində aparılan axtarış sona çatdı - YENİLƏNİB (FOTOLAR)

img

06-12-2014 [19:14]


Baş Prokurorluğun təxminən 6-7 əməkdaşı Xədicə İsmayılovanın evində axtarışa başlayıblar. 

"Qafqazinfo”nun Meydan TV-ə istinadən məlumatına görə, hal şahidləri qismində gələn şəxslərin heç birini İsmayılovlar ailəsi tanımır.  Axtarışda jurnalistin vəkili Elton Quliyev, X. İsmayılovanın anası, qardaşı və hal şahidləri iştirak edirlər.

Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə araşdırmaçı jurnalist Xədicə İsmayılova barəsində 2 aylıq həbs- qətimkan tədbiri seçilib. Xədicə İsmayılovaya qarşı CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.

***

Musavat.com-un məlumatına görə, Xədicə İsmayılın mənzilində aparılan axtarış sona çatıb. Prokurorluq nümayəndələri evdən yalnızca müxtəlif vizitkalar tapa biliblər. 

X.İsmayılın anası Elmira İsmayılova qeyd edib ki, evdə demək olar hər yeri axtardılar. Lakin vizitkalardan başqa heç nə tapa bilmədilər. Səbəb kimi isə Tural Mustafayevlə Xədicə İsmayıl arasında olan yazışmaları ortaya çıxarmaq göstərilib.













Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA