13-11-2014 [13:35]
"Qəbələ” klubunun brazilyalı yarımmüdafiəçisi Luis Paulo Hilarionun (Dodo) Qol.Az saytına müsahibəsi
- "Sumqayıt”la yoxlama oyununda 2:1 hesabı ilə qələbə qazandınız. Bu matç haqda fikirlərini bilmək istərdik.
- Qarşıda Azərbaycan çempionatında bizi çətin oyunlar gözləyir. Fasilə zamanı belə yoxlama görüşlərinin komandaya xeyiri çox olur. Həm səhvləri görürsən, həm də fiziki cəhətdən komanda daha da hazırlaşır.
- Çempion olmaq iddianız qalırmı?
- Mən bir futbolçu kimi həmişə çalışıram ki, ən yüksək yerlər uğrunda mübarizə aparım. Azərbaycan Premyer Liqasında ilk pillələr uğrunda mübarizə aparan çox güclü komandalar var: "Qarabağ”, "Neftçi”, "İnter”. Bilirik ki, bizi çətin oyunlar gözləyir. Amma komandamızın çempion olması üçün əlimizdən gələni edəcəyik. Çünki bunu həqiqətən istəyirik. Hədəfimiz yenidən Avropa miqyaslı yarışlara vəsiqə qazanmaqdır. Klubumuzda hamı bunun üçün çalışır və bütün oyunlara bu məqsədlə çıxırıq.
- Komanda da əhval-ruhiyyə necədir?
- Bizim çox yaxşı rəhbərliyimiz və baş məşqçimiz var. Oyunçuların bütün problemləri komanda şəklində həll edilir. Hər bir oyunçu ilə ayrı-ayrılıqda maraqlanırlar. Bütün bunlar da bizi çempionluğa aparan yolda vacib məsələlərdəndir. Baş məşqçimiz Avropada bir çox klubda işləyib. Uğurlarımız üçün bütün bacarığını ortaya qoyub. Biz də onun və rəhbərliyin etimadını doğrultmağa çalışırıq.
- Avropanın bir çox klubunda oynamısan. Bu gün Azərbaycan futbolu ilə Avropa futbolu arasında nə kimi fərqlər var?
- Azərbaycanda futbol hələ təzə inkişaf etməsinə baxmayaraq, tez bir zamanda özünü yaxşı cəhətləri ilə göstərməyə başlayıb. Mənimçün surpriz oldu ki, ölkənizdə Avropa səviyyəli komandalar var. "Qarabağ”ı qeyd edərdim. Bu komandanın Avropa Liqasının qrup mərhələsinə düşməsi və qələbəsi sübut edir ki, Azərbaycan futbolu artıq inkişaf yolundadır. İnanıram ki, bir neçə ildən sonra artıq Azərbaycan klubları Avropa komandalarına çox ciddi rəqib olacaq.
-"Sumqayıt”la yoldaşlıq görüşü zamanı azarkeşlər tərəfindən komanda yoldaşına qarşı edilən irqçi şüarlarla bağlı nə deyə bilərsən?
- Belə hadisələr yolverilməzdir. Ona görə yox ki, mən də qara dəriliyəm deyə, təhqir edilən Ekiqonu müdafiə edirəm. Sadəcə, azarkeşlər başa düşməlidir ki, biz bu ölkədə qonağıq və hörmətlə qarşılanmalıyıq. Xorvatiyada oynayanda mən də belə hallarla qarşılaşmışam. Futbolçuları irqçi şüarlarla təhqir edən azarkeşləri, ümumiyyətlə, stadionlara buraxmaq lazım deyil.
- Azərbaycan Premyer Liqasında oynayan həmyerlilərindən kiminlə yaxın münasibətin var?
- Artıq dörd ildir ki, Azərbaycandayam. Bir çox klublarda dostlarım var. Amma əsasən "Qarabağ” və "Neftçi”nin oyunçuları, xüsusilə Flavinyo, Kardoso, Reynaldo, Almeyda ilə yaxın münasibətdəyəm.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi