Ermənistandan ordumuzun vurduğu helikopter haqda açıqlama - Rəsmi (FOTOLAR)

img

12-11-2014 [17:31]


Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan Ermənistan helikopterində üç pilot həlak olub. 

ANS PRESS-in məlumatına görə, Ermənistan ordusunun işğal zonasındakı bölməsinin mətbuat xidməti bu barədə açıqlama yayıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Onu da qeyd edək ki, indiyədək Ermənistan Respublikası Silahlı Qüvvələrində cəmi 12 Mi-24 tipli helikopter olub. Mi-24 tipli vertolyota hərəkətli pulemyot quraşdırılıb. Pulemyot 900 patron tutumuna malikdir. Hərbi texnikada həmçinin tank əlehinə kompleks mövcuddur. Helikopterin sükan vinti isə sağda yerləşir.

Sözügedən helikopterin texniki göstəricilərini sizə təqdim edirik:

Heyət: 2-3 nəfər
Sərnişin: 8 desan, 2 xərəkdə yaralı və 2 tibb işçisi
Kreyser sürəti: 270 km/s
Maksimal sürəti üfüqi uçuş: 335 km/s
Uçuş məsafəsi: 450 km
Orta yanacaq sərfi: 1 saata 780 litr

















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA