Tanınmış tərcüməçi-yazarın maşınına həyətində atəş açılıb?! - FOTO (ÖZƏL)

img

05-11-2014 [22:59]


Tanınmış tərcüməçi-yazar Nadir Qocabəylinin başına iş gəlib.

Mia.az xəbər verir ki, bir neçə saat əvvəl tərcüməçiyə məxsus olan maşının arxa şüşəsi həyətində naməlum şəraitdə sındırılıb: "Evdə oturmuşdum. Qəfil möhkəm səs eşitdim. Bayıra çıxdım və maşınımı belə vəziyyətdə gördüm. Dərhal ətrafa baxdım,  küçəyə qaşdım, heç kəs yox idi. Mən bunun Bunun ya quşatan, ya da pnevmatik silahla edildiyini düşünürəm".

Tərcüməşi bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib: "Artıq Polis Bölməsindən zəng edib, hadisə ilə maraqlanıblar. İzahat verəcəyəm. Hadisənin bilərəkdən törədildiyini düşünür və araşdırılmasını istəyirəm".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA