04-11-2014 [14:57]
Srağagün axşamdan başlayan yağış kiməsə romantik hisslər yaşatdısa, bir çoxlarının heç də ürəyincə olmadı. Noyabrın 2-si paytaxta yağan yağış nəticəsində Nizami rayonunun Keşlə, Binəqədi rayonunun Xocahəsən qəsəbələri fəlakətlə üz-üzə qalıb. Adıçəkilən ünvanlarda tikilən evləri su basıb, həyətlər, mənzillərin içərisi gölə çevrilib.
Jurnalist Məhəmmədəli Qəribli öz «Facebook» səhifəsində məlum olayla bağlı qeyd edib ki, Nizami Rayon İcra Hakimiyyəti bu problemə biganə yanaşır:»Mənim atamgilin evi burdadır. Gecə saat 3-dən sonra bu vəziyyətdir. Yerli icra nümayəndəsindən başqa heç kim sakinlərin problemi ilə maraqlanmır. Sakinlər problemin yaranmasına başlıca səbəb kimi «Audi Centre»in kollektorun üzərində özünə ofis tikməsini göstərir. Жurnalistlərdən xahiş edirəm ki, bu məsələni işıqlandırsınlar. Nizami Rayon İcra Hakimiyyəti bu məsələyə çox biganə yanaşır».
Adıçəkilən ünvanda yaşayan sakinlərin verdiyi məlumata görə, evlərə su dolmasının səbəbi mərkəzi kollektorun normal işləməməsidir: «Kollektorun Babək prospektindən keçən ərazisində «Audi Centre» özünə maşın satışı ofisi tikdi. Bundan sonra qara günlərimiz başladı. Keçən il də belə vəziyyət oldu, kollektorlara baxan idarədən gəlib dedilər ki, kollektor suyu çəkmir. «Azərsu» isə heç bir tədbir görmədi. İndi də həmin vəziyyətdir. Rayon kanalizasiya idarəsindən balaca bir nasosla gəliblər. Bununla nə etmək olar ki? Biz kollektorlar idarəsinin rəisi Əlizadəyə də zəng etdik. Deyir ki, gecənin bu vaxtı məni narahat etməyin. Axı bu dərəcədə haqsızlıq olmaz. Bütün əmlakımız məhv olur. Keçən il dəyən ziyanı ancaq aradan qaldırmışdıq. Niyə «Audi Centre»in pul qazanması səbəbindən biz belə vəziyyətə düşməliyik? Xahiş edirik bizim səsimizi ölkə başçısı İlham Əliyevə çatdırasınız».
«Azərsu» Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, Bakı Sukanal İdarəsi və Nizami Sukanal İdarəsinin rəhbərliyi də daxil olmaqla, «Azərsu» ASC-nin əməkdaşları Keşlə qəsəbəsində işləyir: «2 ədəd xüsusi texnika və 2 ədəd pompa ilə ərazidən su çəkilərək kollektora ötürülüb. Onu da deyim ki, dünən Xırdalan, Masazır, Binəqədi, hətta Bakıxanov qəsəbəsinin tullantı və yağış suları Keşlədən keçən kollektorla Hövsana yönəldilib. Tullantı və yağış sularının operativ idarə edilməsi, tam zərərsizləşdirilərək kənarlaşdırılması məqsədilə, Master Plana uyğun olaraq, dünən Xocahəsən-Binəqədi-Xırdalan və Dərnəgül-Qaraçuxur-Zığ-Hövsan kollektorlarının inşasına başlanıb.
Gələcəkdə dediyim ərazilərdə yaranan çirkab və yağış suları bu kollektorlara yönəldiləcək və hazırda müşahidə olunan problemlər köklü həllini tapacaq».
Nizami Rayon Keşlə qəsəbəsinin icra nümayəndəsi Qara Qarakişiyev qəzetimizə açıqlamasında bildirdi ki, hadisə baş verən andan etibarən həmin ərazidə olub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində lazımi işlər görülür: «Yağış doğrudan da çox yağıb. Verilən rəsmi məlumatlarda qeyd olunur ki, gecə yağan yağış aylıq normaya bərabər olub. Yəqin ki, bu günlərdə biz əlaqədar qurumlar qarşısında kollektorun yenidən təmizlənməsi ilə bağlı məsələ qaldıracağıq».
«Audi Centre»nin baş meneceri «Bakı-Xəbər»ə açıqlamasında qeyd etdi ki, şirkət Keşlə qəsəbəsində olan evlərə yağış sularının dolmasından xəbərdardır: «Bildirilir ki, guya kollektorun üzərində «Audi Centre» inşa edildiyi üçün yağış suları evlərə dolur. Ola bilsin ki, bina tikilən zaman hər hansı bir problem yaşansın. Nəzərinizə çatdırım ki, biz bu binanı icarəyə götürmüşük. Kimdən götürməyimiz isə kommersiya sirri olduğu üçün deyə bilməyəcəm».
Bakı Sukanal İdarəsinin rəhbəri Əlizadə Nəsirov «Bakı-Xəbər»ə açıqlamasında qeyd etdi ki, yaranmış vəziyyətlə bağlı Keşlə qəsəbəsində iş gedir: «Dünən səhər saat 07:30-dan etibarən idarənin işçiləri evlərə və həyətlərə dolan suları təmizləməklə məşğuldur.
Almaniyadan gətirilən xüsusi maşınlarla kollektor təmizlənəcək. Düzdür, «Audi Centre» avtomobil şirkəti kollektora yaxın ərazidə tikilib. Yağış səngiyəndən sonra yenidən kollektorun təmizlənməsi istiqamətində işlərimizi davam etdirəcəyik. Çalışacağıq ki, bu kimi xoşagəlməz olaylar bir daha yaşanmasın. Ancaq elə məsələlər var ki, biz onun qarşısında acizik».
Günel CƏLİLOVA «Bakı-Xəbər»


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi