Keşlədə camaat ayağa qalxdı, «Audio Center» və «Azərsu»ya etiraz - subasma (Fotolar)

img

03-11-2014 [16:28]


Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsinin Avromed firmasının mərkəzi ofisinə yaxınlığında olan bütün həyətləri və evləri su basıb. 

Mia.az Azinform.az-a xəbər verir ki, həmin ərazidə yaşayan sakinlər məlumat verib. Hadisə yerində olan əməkdaşımıza bildirilib ki, buradakı evlər son 20 ildə tikilib və keçən ildən başlayaraq bu problem yaşanmağa başlayıb. Sakinlərin sözlərinə görə, buna səbəb kimi mərkəzi kollektorun normal işləməməsidir: "Kollektorun Babek prospektindən keçən ərazisində Audio Center özünə maşın satışı ofisi tikdi. Bundan sonra qara günlərimiz başladı. Keçən il də belə vəziyyət oldu, kollektorlara baxan idarədə gəlib dedilər ki, qabaq suyu çəkmir. Azərsu isə heç bir tədbir görmədi. İndi də həmin vəziyyətdi. Rayon kanalizasiya idarəsindən balaca bir nasosla gəliblər. Bununla nə etmək olar ki? Biz kollektorlar idarəsinin rəisi Əlizadəyə də zəng etdik. Deyir ki, gecənin bu vaxtı məni narahat etməyin. Axı bu dərəcədə haqsızlıq olmaz. Bütün əmlakımız məhv olur. Keçən il dəyən ziyanı ancaq aradan qaldırmışdıq. Niyə Audi Center-in pul qazanması səbəbindən biz belə vəziyyətə düşməliyik? Xahiş edirik bizim səsimizi cənab Prezidentə çatdırasınız".

Qeyd edək ki, suyun həyətləri basmasından bir neçə saat keçsə də, hadisə yerinə nə bir nəfər rəsmi şəxs, nə də ki, hansısa xilasedici qrup gəlib.

IMG-20141103-WA0013IMG-20141103-WA0023IMG-20141103-WA0027k3k1k4k4k5k6k7k8


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA