30-10-2014 [19:19]
Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru
Dünyanın qalmaqallı, gərgin olduğu qədər də zəngin bir vaxtında bilmirəm yeni qəzet yaratmaq istəyi hardan beynimizə pərçimləndi. 1991-ci ilin sentyabrından 94-ün oktyabrınadək «7 gün»dən «Müxalifət»ə, «Müxalifət»dən də əvvəlki yerimə qayıtsam da, yeni bir qəzet açmaq istəyimi dostum Yusif Nəzərliyə deyəndə təəccüblənmədi. Əslində təəccüblü bir şey də yox idi. Gündə bir qəzet açılırdı, indi hər gün bir sayt ortaya çıxdığı kimi, o zaman da köşklərdə yeni bir qəzet peyda olurdu. Mətbuatın bol, sözün aşıb-daşan vaxtı «Şərq»i yaratmaq ideyası beləcə doğdu.
İstək yaxşı şeydir, arzuladığını həyata keçirmək, çətinlikləri gözardına almaq da, asan iş deyildi. Beləcə «Şərq»in yaranışı ilə onun problemləri də doğdu. 1996-cı ilin sonlarında qəzet kağızı indiki kimi baha deyildi, mətbəə xərcləri kəllə-çarxa çıxmamışdı, üstəlik oxucu özü səni izləyir, fərqli informasiyalar, yeni fikirlər, ictimai-siyasi proseslərin alt yapısında nələrin olduğunu açıqlayan analitik təhlillər axtarırdı. Amma qarşımızı kəsən bir şey vardı. Qırmızı qələmli, qara eynəkli senzorlar. Senzuranın qılıncının altından keçib salamat qəzet buraxmaq çətin, olduqca müşkül iş idi. «Azərbaycan» nəşriyyatının ikinci mərtəbəsində bir qrup senzor əyləşsə də, əsas mərkəz Mərkəzi univermağın yanındakı «Azərnəşr» sayılırdı. Orada ölkənin baş senzoru İldırımzadənin iqamətgahı yerləşirdi. Xüsusi təhlükəli qəzetlər və bir də «Şərq» kimi yeni-yeni ayaq tutub yeriyən, «a» demək istəyən qəzetlər orada, mərkəzi iqamətgahda qələmdən keçirilirdi.
Bilmirəm yaşayır ya yox, yaşayırsa Tanrı can sağlığı versin, dünyadan köçübsə Allah rəhmət eləsin İldırımzadəyə. Hər həftə bizə dərs verirdi. O dərsin adı «Qadağalar» idi. Bəlkə də gələcəkdə bu dərsin mahiyyəti barədə silsilə yazılar, memuar mahiyyətli qeydlər etdim. Lazımdı. Ona görə ki, bu gün adına yeni media dediyimiz, çap mediasına amansız rəqabət vəd edən və çox vaxt da istəyinə nail olan sayt yazarlarına, gənc nəsil jurnalistlərinə bu lazım oldu. Ona görə yox ki, bu qadağalar onlara da dərs olsun, anlasınlar ki, bizə zamanında tətbiq olunan o qadağalar qanununda jurnalist məsuliyyəti anlayışı da vardı.
Belə çətin bir dönəmdə «Şərq»i yaşatmaq, öz oxucu auditoriyasını formalaşdırmaq, digər köklü-köməcli qəzetlərin sırasında boy göstərmək çətin oldu. Amma usanmadıq, yorulmadıq, itirilən vaxta heyfislənmədik. Öncələr bu qədər zəhmətin müqabilində qazancımızın az olması da bizi yolumuzdan döndərmədi. Çünki bu çətin, şərəfli jurnalist peşəsini sevərək mətbuata gəldik. Cəmiyyətə, özünü Azərbaycan Cümhuriyyətinin varisi olduğunu bəyan edən yeni dövlətə, bizdən obyektiv informasiya, təhlil gözləyən oxuculara yararlı olduğumuzu düşünərək bu işə sidq-ürəklə bağlandıq.
1996-cı ilin noyabrın 1-də 1000 tirajla çap olunan «Şərq» 6 ay sonra tirajını üç dəfə artırdı. 4 səhifəlik qəzet artıq 8 səhifədə işıq üzü gördü. 1998-ci ilin ortalarında 16 səhifədə həftədə üç dəfə köşklərdə boy verən «Şərq» elə həmin vaxtdan da özünün ən uğurlu kadrlarını formalaşdırdı. Oxucuların imzalarını tanıdığı o jurnalistlərin, ləyaqətini itirməyib, vicdanını qoruyub-saxlayan əliqələmli o insanları adbaad yazmaq bir qəzet səhifəsinə sığmaz. Bu fikri yazıya köçürən zaman heç bir mübaliğəyə, şişirtməyə yol vermirəm. Çünki bu xarakterli, dünyagörüşlü «Şərq»çilərin sayı 1996-cı ildən üzü bu tərəfə 150-dən çoxdur. Həmən bu insanların bəziləri dünyasını dəyişib, bəziləri aktiv jurnalistikanı tərk edib, bir neçəsi müxtəlif dövlət strukturlarında çalışır. Əksəriyyəti də bu gün mətbuat aləmindədir. Dünyasını dəyişən «Şərq»çilərə Tanrıdan rəhmət diləyərək, qeyd edim ki, onların «Şərq»in inkişafındakı xidmətləri kollektivin həmişə yaddaşındadır.
Müxtəlif dövlət strukturlarında çalışanlar da dövlətə, Vətənə xidmət dəyərlərini bu qəzetdən əxz etdilər. Xəbər obyekti ilə danışıq tərzi, məmur, siyasətçi obrazlarına yaxınlıq və davranış qaydalarını öncə «Şərq»də mənimsədilər.
Qaynar yaradıcılıq axtarışları, polemikalara geniş meydan verilməsi, demokratik mühit bu qəzetin uzun bir yol qət etməsini, 18 il ara vermədən çapını şərtləndirən faktorlardır. «Şərq»in yaradıcılıq istiqamətlərinin müəyyənləşməsində, idarə olunmasında kollektivin hər bir üzvünün iştirakının təmini barədə söylədiklərim bəlkə də kimlər üçünsə yeni ola bilər. Həyatının ən maraqlı dövrünü bu qəzet redaksiyasında yaşamış, yetişmiş, püxtələşmiş qocaman «Şərq»çilər bunu çox yaxşı xatırlayırlar. Bəzən bir tərəfdə qəzetin çapına, yaşamına məsul olan mən, digər tərəfdə yaradıcılıq azadlığından bircə santimetr də geri çəkilməyən Vəfa Allahverdiyeva, Məlahət Rzayeva, Təranə Hüsüqızı, Xalid Ağaəliyev, Teymur Turan, Yadigar Cəfərli və başqaları dayanırdı. İdeya və fikirlərin savaşı, arqumentlərin gücü «Şərq»i həmişə güclü etdiyindən və o ənənələr bu gündə qorunub saxlanıldığından 18 il yol qət edə bildik.
Siyasi təsirlər və istiqamətlər keçicidir. Jurnalistikanın ən fövqəl dəyəri peşəkarlıqdır, fakta müxtəlif rakuslardan yanaşmaq isə hər bir jurnalistin öz hüququdur. Nəzəriyyələrə vararaq «Şərq»in timsalında real gerçəklikləri qələmə almadığımı təbii ki, düşünənlər də olacaq. Bütün fikirlərə, düşüncələrə hörmətlə yanaşaraq qeyd edim ki, 18 ilin bütün çətinliklərinə və şərtlərinə rəğmən «Şərq» öz oxucu auditoriyasını, maraq və cazibəsini itirməyib. Hansı ki, internet jurnalistikasının amansız rəqabətində oxunaqlılığını, analitik yanaşma tərzini qoruyub saxlayan hər bir çap mətbuatı alqışa layiqdir. Təbii ki, bu alqışlar 18 il qəzetin inkişafında bir məqaləsi, kiçik bir xəbəri ilə belə rol oynayan «Şərq»çilərə düşür.
Etiraf olunmalıdır ki, çox az mətbu orqan var ki, təkcə yaradıcılığı ilə deyil, kollektivçilik ənənələri ilə yaddaşlara köçür, bəziləri bunu örnək göstərir. «Şərq»də kollektivçilik ənənələri 18 il əvvəl «Azərbaycan» nəşriyyatının 3-cü mərtəbəsində qoyulub. Əsas təməldir. Və o təməlin üzərində gələcəyi müəyyənləşdirənlər isə hər bir fərd, hər bir jurnalistdir. Ən çətin anlarda, sevincin bol olduğu məkanlarda «Şərq»çilər həmişə bir yerdədir. Və hələ uzun illər bir yerdə olacaqlarına hamı kimi mən də əminəm.
«Şərq»in 18 yaşı tamam olur. 19-a doğru addımlayırıq. Azərbaycan mətbuatı, jurnalistikasında bizi sevindirəcək çox az nəsnələr olsa da, sevinirik. 3930 sayı işıq üzü görən, fəaliyyəti dövründə 85 dəfə müxtəlif iddialarla məhkəmələrə çəkilən və sınmayan, peşə dəyərlərinə sayğı göstərməyə çalışan bu gənc yaşında qoca «Şərq»i, «Şərq»çiləri təbrik edirəm.
Yolunuz aydın olsun, əziz «Şərq»çilər və bizə daim sadiq qalan oxucularımız! Bu gün də bir bayramdır. Bayramımız mübarək!
modern.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi