Bakı Sosial Pedaqoji Kollecində şok olay, 2 qız tələbə xəsarət aldı - FOTO (YENİLƏNİB)

img

29-10-2014 [22:16]


Bakı Sosial Pedaqoji Kollecində qəribə hadisə baş verib. 

Məlumata görə, şöbə müdirlərindən biri tələbələri müəllimlər otağını təmizləməyə cəlb edib. Hadisə də bu vaxt baş verib. Müəllimlər otağındakı şkaf aşaraq tələbələrin üzərinə yıxılıb. Tələbələrdən bir neçəsi ciddi xəsarət alıb. Hadisə yerinə təcili tibbi  yardımın əməkdaşları gəlib.

Hadisə ilə bağlı cinayət işi açılacağı gözlənilir(Moderator.az).

Yayılan bu xəbərlə bağlı Mia.az-a verilən məlumatda da həqiqətən də belə bir hadisə yaşandığı iddia olunub. Hətta tələbələrdən biri kollecin adı ilə açılan "Facebook"dakı səhifəyə diqqət yetirməyi məsləhət bilib. Həmin səhifədən yazılanlardan isə aydın olur ki, qəza nəticəsində 2 qız tələbə də ağır xəsarət alıb. 

***

Tələbələrin Mia.az-a verdiyi məlumata görə, qəzada yaralananlar 2 deyil, 3 nəfər ağır yaralı var. Həmin tələbələr isə 366-cı qrupun tələbələri olublar: "Qızlardan birinin ayağının qırılıdığı, digərinin çiyindən yaralandığı, daha bir qız tələbənin isə sifət nahiyyəsində xəsarətlər olub. Yüngül yaralananlar da var" 

Onu da qeyd edək ki, yazıya əlavə edilən foto hadisə yerində çəkilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA