ASAN xidmətdə narazılıq – Səbəb

img

29-10-2014 [15:21]


Bu gün ASAN xidmətin Xətai filialında vətəndaşlarla xidmət əməkdaşları arasında gərginlik yaşanıb.

AzNews.az xəbər verir ki, gərginliyə səbəb ASAN-a müraciət edən qadınların çantalarının mühafizəçilər tərəfindən yoxlanılması olub. Onlar kişi mühafizəçilər tərəfindən çantalarda "yoxlanış aparılmasının” qeyri-etik olmasını bildiriblər. ASAN xidmətin mühafizəçiləri isə təhlükəsizliyin təmin edilməsi üçün bütün çantaların yoxlanılmasının, təftiş edilməsinin vacibliyini bildiriblər. Bu isə vətəndaşın narazılığına səbəb olub və nəticədə tərəflər arasında gərgin mübahisə düşüb.

Narazı şəxslər bildiriblər ki, belə yoxlanışlar ASAN-a müraciət edən şəxsləri məyus edir:"Ölkə başçısı vətəndaşların rahatlığı üçün belə bir mütərəqqi layihəyə imza atıb. Amma təəssüf ki, burada da kimlərsə işə kölgə salır. Daha dünyanın heç yerində kimsə çantalarda "eşələnmir”. Aparatlar qoyulur, əgər həmin aparatlar nəyisə aşkarlayarlarsa, onda çantalara baxış keçirilir. Yoxsa bu nədir, yığıb töküblər bura qoluzorluları, çantalarımızı eşələyirlər. Bəlkə orda kiminsə görməsini istəmədiyi nəyimsə var...”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA