11-10-2014 [15:18]
Emin Tarverdiyev email: emin_hafizoglu@mail.ru
Off, bezdik e, belə sərsəm
şeyləri eşitməkdən. Bir yaxın yoldaş danışdı, evə çatan kimi oturdum
kompyuterin arxasına. Sizin oxuyub-bilməniz daha yaxşıdı. Dəyər verənimiz elə
sizsiz. Özlərinə desək, and-aman edəcəklər, daş atıb başlarını tutacaqlar.
Deməli belə, futbol
təsərrüfatında çalışanlardan biri klublarımızdan birinin baş məşqçisinə zəng
edərək xahiş edib ki, "filankəsi götür komandana". Bir misal var:
üz-üzdən utanar. Yazıq baş məşqçi də odla-su arasında qala-qala, bu futbolçunu
götürüb heyətə. Amma oynada bilməyib. İstəyib heç olmasa "18-liy"ə
salsın, o da alınmayıb. Bu dəfə o qohum yenə zəng edib: "Müəllim, bizim o
qohumu çalış heyətə də sal. Dörd-beş oyun oynasa, milliyə də saldıracam. Sizin
də komandanızdan millinin oyunçusu olacaq".
...Günlərin birində rəhmətlik Səməndər Rzayev truppası ilə rayonlardan birinə səfər edir. Getdikləri rayonda teatrın direktoru Səməndər Rzayevin tələbə yoldaşı olur. Səməndər müəllimgil teatra təşrif buyururlar, hamı mərhum aktyorumuzla hal-əhval tutub salamlaşır. Bu arada teatrın gözətçisi Səməndər müəllimə yaxınlaşır.
- Salam, Səməndər müəllim.
Bariton səsə sahib olan Səməndər Rzayev cavab verir:
- Ay əleykim salam.
- Necəsiz, Səməndər müəllim?
- Çox sağ olun, siz necəsiz?
- Yaxşıyıq. Səməndər müəllim, deyəsən, bizim teatrın müdiri sizin tələbə yoldaşınız olub.
- Bəli, biz tələbə yoldaşı olmuşuq. İyirmi ildən artıqdı ki, bir-birimizi tanıyırıq.
- Hə, lap yaxşı. Sizə işim düşüb, Səməndər müəllim.
- Buyur, eşidirəm.
- Mənim yoldaşım bu teatrda aktrisa işlə... (gözətçinin sözünü ağzında
kəsir)
- Narahat olma, tapşıraram yaxşı rollar verər yoldaşına.
- Yox, Səməndər müəllim, başqa söz de... (yenə gözətçinin sözünü kəsir)
- Narahat olma, tapşıraram yaxşı qonorar yazar.
- Yox, ay Səməndər müəllim, ona deyin ki... ( yenə fikrini ağzında qoyur gözətçinin)
- Dedim narahat olma, tapşıraram maaşını qaldırar.
- Ehh, Səməndər müəllim. Heç nə lazım deyil. O dostunuza deyin, mənim aktrisa arvadımla işi olmasın. Dəfələrlə özüm tutmuşam ki...
Səməndər müəllim vəziyyətin qəlizləşdiyini görür, qayıdır ki, narahat olma,
tapşıraram, sizin arvadınızla işi olmaz.
Səməndər müəllimgil həmin
rayonda qastrollarını başa vurub Bakıya qayıdırlar. Amma dostuna
"tapşırmağ"ı unudur.
Bu hadisənin üstündən iki-üç
ay keçir. Səməndər müəllim səhər-səhər övladlarının əlindən tutub bağçaya
aparır. Yolu keçmək istəyəndə görür ki, qarşıdan trolleybus gəlir və bunlar
yolda "pauza" verməli olurlar. Bu dəm trolleybusun arxa pəncərəsi
açılır və bir baş ordan çıxıb nəyi var uca səslə Səməndər müəllimi salamlayır:
- Sabahınız xeyirrrrrr, Səməndər müəllim!
- Sabahınız xeyir (Bu an Səməndər müəllim fikrə gedir ki, bu adam kimdi mənə salam verir, həm də nə vacibdi ki, trolleybusdan başını çıxarır? Birdən yadına düşür ki, bu həmin gözətçidi).
- O məsələ nə oldu, ay Səməndər müəllim?
"Tapşırmışam, tapşırmışam" deyəndə kişi pəncərədən iki əlini də
çıxarıb birləşdirərək qışqırır:
- Nə tapşırmısan eeee, arvadı elə yenə...
İndi də bu bədbəxtin
balası... Qardaşım, adını futbolçu qoymusansa, get məşqini elə, etimad qazan,
heyətə düş. Bu futboldu, burda səndən sürət, texnika və bir az diqqətli olmaq
tələb olunur. Ta gedib "tapşırtdırma". "Tapşırtdıranlar"ın
sonunu gözətçinin aktrisa arvadının aqibəti gözləyir.
P.S. Tapşırılan
futbolçu, onu tapşıran futbol rəsmisi və futbolçunun tapşırıldığı baş məşqçi
haqda yəqin ki, tezliklə komanda.az-da məlumat veriləcək.
komanda.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi