İcra başçısı ilə ARDNŞ prezidenti yeni mənzillər payladı - AÇILIŞ (FOTOLAR)

img

11-10-2014 [15:00]


Bu gün Lökbatan qəsəbəsindəki Bünyadzadə və 28 May küçələrində inşa edilmiş beş yeni yaşayış binası istifadəyə verilib.


Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri və ictimaiyyət iştirak edirdi.

Tədbirdə ilk öncə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla davam etdirilən tərəqqi və inkişaf strategiyasının ölkəmizə möhtəşəm qələbələr bəxş etdiyi bildirdi. Qeyd etdi ki, neftçilərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzində olan məsələlərdəndir və bu sahədə mühüm tədbirlər həyata keçirilir.

 Neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdiyini, belə ki, Qaradağ rayonun Sahil qəsəbəsində inşa edilən yaşayış binasının tikintisinin artıq başa çatmaq üzrə olduğunu eləcə də, paytaxtın digər qəsəbələrində də yeni binaların inşasının nəzərdə tutulduğunu bildirdi.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov öz nitqində açılış mərasimində iştirak edən yeni mənzil sahiblərini səmimi qəlbdən təbrik etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə digər bölgələrimiz kimi Qaradağ rayonununda inkişaf etdiyi, hər bir qəsəbədə abadlıq işləri geniş vüsət aldığı qeyd etdi. Bildirdi ki, müvafiq Dövlət Proqramları çərçivəsində yaradılan infrastruktur hər bir vətəndaşın rahat yaşaması üçün şərait yaratmışdır.

Daha sonra binaların açılışını bildirən rəmzi qırmızı lent kəsilib.

Yeni mənzil sahiblərinə, neftçilərə mənzillərin açarları və orderləri təqdim edilərək onların hər birinə yeni evlərində firavan həyat arzulandı.

Qeyd edək ki, qəsəbənin Bünyadzadə küçəsi, 7 ünvanında yerləşən 9 mərtəbəli bina 64 mənzildən ibarətdir. 28 may küçəsindəki dörd 9 mərtəbəli binada isə ümumilikdə 27 birotaqlı, 97 ikiotaqlı, 97 üçotaqlı və 27 dördotaqlı mənzillər var. Binalar su, elektrik və təbii qazla təchiz edilib. Hər bir mənzil tam təmirli mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binaların həyətlərində istirahət guşəsi yaradılaraq, ətraf abadlaşdırılıb.












Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA