06-10-2014 [15:06]
Emin Tarverdiyev email: emin_hafizoglu@mail.ru
Azərbaycanın milyonlarını
yediyi 6 il ərzində Berti müəllim Foqtsa içimdən bir təşəkkür etmək gəlir.
İnanın, verdiyi bir qərar var ki, bir həftədi bu sevinci yaşayıram. Qoca alman
özündə cəsarət tapıb, "kökdən düşmüş” millimizdə cavanlaşdırma siyasətinə başlayıbsa...
Millimizin "ağsaqqal”ı yenə
də futbolçu balalarımızı yığıb aparıb ana yurduna. Başqaları bəlkə də düşünür
ki, oranın - Almaniyanın havası yəqin ruha qida verir. Amma mən elə düşünmürəm.
Ruha qida versəydi, biz də bəzi xalqların kişiləri kimi futbolumuza baxıb
sevinərdik, komandamızın qələbələrindən ağızdolusu danışardıq, yazardıq. Arada
millimizi bəhanə edib, xingəl qonaqlığı-falan təşkil edərdik.
Bir gun uşaq atasından soruşur:
- Ata, təzə şey nə deməkdi?
Atası deyir:
- Təzə şey təyyarə, vertolyot, kosmik gəmi deməkdi.
Uşaq əl çəkmir, başqa sual verir:
- Bəs köhnə şey nə deməkdi?
Atası deyir:
- Köhnə şey tramvay, trolleybusdu və bir də sənin anan.
Berti müəllim bu dəfə
millimizi toplayanda "köhnə şey”lərdən ikisini çağırmayıb. Biri Vaqif Cavadovdu,
biri də Mahir Şükürov. Vaqif səkkiz, Mahir isə on ildi ki, millinin
heyətindədi. Amma nə olsun? Geridə qalan illərdə bu adlarını çəkdiklərim
futbolumuza bir xeyir verdilərsə, yəqin o illərdə mən Azərbaycanda yaşamamışam.
Ancaq bildiyim odu ki, Azərbaycandan ən çox uzaq yaşadığım günlərin sayı bir
həftəni ötməyib.
Milli komandamızın
"ağsaqqal”ı Mahirlə Vaqifin əvəzinə "Xəzər Lənkəran”dan Ağabala Ramazanovu,
"Sumqayıt”dan isə Məhəmməd Qurbanovu çağırıb. Alqışlayıram, dəstəkləyirəm və
təşəkkür edirəm. Komandamızda yeni adlar peyda olur, gənclərə imkan yaradılır.
Kaş ki, bir gün komandamızın da baş məşqçisinin yeniləndiyinin şahidi
olsaydıq... Bir az inanclı adamam, nəzir də demişəm həmin günə. Nəzir deyəndə
ki, ağlınız qoç, quzu kəsməyə getməsin. Ağaca yaş və qırmızı əski bağlamaq
ritualı var bizdə, o nəzirdən demişəm. Bilirəm, hələ də çoxunuz Qurban bayramı
günlərində yediyiniz quzulara görə qan təzyiqindən əziyyət çəkirsiz, nəzir də
deyən kimi qoç, quzu fikirləşirsiz.
Bu arada, AFFA-nın rəsmi
saytı millimizə yeni qoşulan gənclərin birini Maqomed Kurbanov kimi qeyd edib.
Lap düz ediblər, amma... PFL-in və futbolçunun mənsub olduğu klubun rəsmi
saytında bu gəncin adı Məhəmməd , soyadı isə Qurbanov kimi göstərilib. Yazmaq
mənim boynuma, aydınlaşdırmaq sizin işinizdi. Ən azı futbolçunun ad və soyadını
belə qeyri-dəqiq yazmaq onun atası Arsen müəllimə hörmətsizlikdi. Futbolumuz
üçün uşaq böyüdüb ki, indi belə edirsiz? Başqa millətin nümayəndəsi olsaydı,
göz yummaq olardı. Amma baxıram ki, qardaşımız "azərbaycanlıdı” və Azərbaycan
milli komandasında xalqımızı təmsil edəcək. Kaş ki, hərdən qol da vurub bizi
sevindirə bilsə... Onda da nəzir deyəcəm, ağaca yenə qırmızı əski bağlayacam.
İnanıram ki, hamımız kimi AFFA, PFL və "Sumqayıt” ın da məsul şəxsləri milli kinomuzun gözəl filmlərindən olan "Uşaqlığın son gecəsi”nə baxıblar. Orda Davudla Murad arasında olan dialoqu yəqin ki, xatırlayırsız.
- Sən yaxşı oğlan deyilsən, Murad.
- Niyə, Davud?
- Sən harda işləyirsən?
- Ət kombinatında.
- Heç bir dəfə demisən ki, adə, Davud, köppəyoğlu, ala səninçün sosiska gətirmişəm. Söhbət sosiskada deyil ee, söhbət "vnimatelni” olmaqdadı.
Bəli, AFFA, PFL və
"Sumqayıt”ın məsul şəxsləri, bu adı düzəltmək, düzəltdirmək və bizə qəbul
etdirmək çox çətin məsələ deyil. Sadəcə, Davud demişkən, bir az "vnimatelni”
olmaq lazımdı.
P.S. AFFA və PFL başqa vaxt "lipa” axtarışına çıxır. Məhəmməd Qurbanovu milliyə başqa adla, soyadla çağırmaq ondan "lipa” düzəltmək deyil, bəs nədi?
komanda.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi