Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”

img

01-04-2026 [13:11]


ABŞ prezidenti Donald Tramp müttəfiqlərin İrana hərbi əməliyyatı dəstəkləməmələri səbəbindən NATO-dan çıxma ehtimalını yüksək sayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Britaniyanın "Daily Telegraph" qəzetinə müsahibə verib.

Tramp alyansın hazırkı vəziyyətini sərt şəkildə tənqid edərək, bildirib ki, qurum işəyaramazdır: “Bu səbəbdən ABŞ-ı NATO-dan - "kağız pələng" (Yəni, gücsüz qurum mənasında-Mia.az) sistemindən çıxarmağı düşünürəm. Bu, artıq ağlasığmaz məsələ deyil. NATO etibarlı təşkilat deyil. Ona görə üzvlük prosesini nəzərdən keçirəcəyik".

O, ABŞ-sız NATO-nun heç vaxt çəkindirici güc təsiri bağışlamadığını deyib: “Alyans zəif bir quruluşa sahibdir. Bunu Rusiya prezidenti Vladimir Putin də bilir”.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA