"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
10-03-2026 [13:21]
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətləri əsasında "Azərişıq" ASC-də rəqabət qanunvericiliyinin pozulmasını araşdırır.
Mia.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, istehlakçıların elektrik enerjisi borclarına görə elektrik təchizatının qanunvericilikdə nəzərdə tutulmuş müddət gözlənilmədən dayandırılması ilə bağlı "Azərişıq" barədə aparılan araşdırma yekunlaşıb.
Müraciətlərdə qeyd olunub ki, istehlakçıların elektrik enerjisi üzrə borcu hesablandıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət gözlənilmədən elektrik enerjisinin verilişi dayandırılır. Araşdırmanın nəticələrinə əsasən, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün təbii inhisar subyekti olan "Azərişıq" barəsində iş qaldırılıb.
Bundan əlavə, Agentliyə daxil olmuş vətəndaş müraciətləri əsasında qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı məsələlər də araşdırılır. Müraciətlərdə həmin obyektlərin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi ilə əlaqədar "Azərişıq" tərəfindən mənfi rəylərin verilməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması ehtimalı göstərilir (Yeri gəlmişkən, bu mənfi rəyin verilməsi prosesində "Azərişıq"ın hansı vəzifəli şəxslərinin hansı niyyətlə "mühim rol" oynamaları barədə ciddi iddialar var. MİA.AZ xeyli müddətdir bununla bağlı dəqiqləşmələr aparır).
Hazırda bu məsələ üzrə araşdırma davam edir.
P.S. Yeri gəlmişkən, yanvar ayında "Azərişıq" rəsmiləri Səbail rayonunda yerləşən "Jurnalistlərin binası"nda da xeyli sakininin xəbərdarlıq etmədən işıqlarını qanunsuz kəsmişdi. Hətta "basabas"a salan işıq idarəsi əməkdaşları borcu olmayanların da elektrik enerjisi verilişini özbaşınalıq edərək dayandırmışdılar...
E.ARAZ
MİA.AZ
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var