22-09-2014 [14:31]
Beynəlxalq Münasibtlərin Araşdırılması Mərkəzində Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasser A. Kareem ilə görüş keçirilib.
Mərkəzin Mətbuat və İnformasiya Xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə BMAM sədri Rufiz Qonaqov Fələstinin Azərbaycana dost və qardaş ölkə olduğunu vurğulayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin gündən-günə inkişaf etdiyindən, dövlətin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb. Rufiz Qonaqov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər. Eyni zamanda Rufiz Qonaqov deyib ki, Azərbaycan xalqı Fələstində gedən prosesləri diqqətlə izləyir və bu bölgədəki insan tələfatlarından narahatlıq ifadə edir.
Fələstin səfiri Nasser A Kareem görüş üçün BMAM sədri Rufiz Qonaqova təşəkkür edərək belə əməkdaşlığın ölkələrə fayda verə biləcəyini vurğulayıb. Səfir Nasser A Kareem eyni zamanda bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərdə və təşkilatlarda Fələstin xalqını müdafiə edib. Azərbaycan və Fələstin arasında Xarici İşlər Nazirlikləri səviyyəsində birgə memorandum imzalanıb. Yaxın zamanda isə daha iki memorandumun imzalanması nəzərdə tutulur. Səfir Nasser A Kareem onu da əlavə edib ki, Fələstin hər zaman dost və qardaş ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunun əyani təzahürüdür ki, Fələstin dövlətinin rəhbəri Mahmud Abbas Azərbaycana səfər edib.
Eyni zamanda BMAM sədri yaponiyalı diplomat, səfirliyin I katibi Qinqa Kobayaşi ilə görüşmüşdür. Görüşdə Yaponiya və Azərbaycan vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müzakirə aparılıb. BMAM sədri Rufiz Qonaqov Yaponiya Səfirliyinin Azərbaycanda humanitar və sosial sahədə xeyli layihələri maliyyələşdirdiyi üçün Mərkəz adından öz təşəkkürünü bildirib. Vurğulanıb ki, Yaponiya və Azərbaycan əlaqələri daim inkişaf edir və Yaponiya bir çox sahələrdə Azərbaycanın yanındadır. Diplomat Qinqa Kobayaşi Azərbaycanla Yaponiya arasındakı əməkdaşlıqdan danışaraq, BMAM-ın da gələcəkdə vətəndaş cəmiyyəti istiqamətində görüləcək işlərdə fayda verə biləcəyini qeyd edib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi