ƏDƏBİ MUSİQİLİ MƏKANDA ŞAİRLƏ GÖRÜŞ... - FOTOLAR

img

18-02-2026 [17:51]


Bu gün İmişli rayonunda şerin musiqiyə, musiqinin xatirəyə çevrildiyi, ədəbi- bədii və musiqili "F.S book cafe" məkanında Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, "Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, şair-publisis Sərvaz Hüseynoğlu poeziyasevərlərin qonağı olub.

Mia.az xəbər verir ki, tədbiri AYB-nin Aran bölməsinin məsul katibi, Əməkdar müəllim, yazıçı Səxavət Tağlar açaraq şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

Vuruqlayıb ki, Sərvaz Hüseynoğlunun şeirləri ingilis, fransız, alman, rus, yəhudi dillərinə tərcümə edilib, Türkiyə və Özbəkistan türkcələrinə uyğunlaşdırılıb. İraq mətbuatında işıq üzü görüb. Onun ssenarisi əsasında İmişli rayonunun tarixini əks etdirən sənədli film ekranlaşdırılıb. 

 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional koordinatoru Vilayət Muradlı, İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Hürü Şirinova, İmişli şəhər 4 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Dilbər Məmmədova, mədəniyyət işçisi Vüsalə Hüseynli, gənc yazıçı Selcan Ədalət və başqaları şairin yaradıcılıq məziyyətlərindən bəhs ediblər.

Tədbirdə S. Hüseynoğlunun şerləri əsasında ədəbi kompozisiya təqdim edildi, şair görüş iştirakçılarının sullarını cavablandırıb.

  Sonda müğənni Natiq İmanovun ifasında muğam parçaları dinlənilib, Sərvaz Hüseynoğlu tədbir təşkilatçılarına təşəkkür edib, yeni şeirlərini oxuyub.

 Yasin Tağıyev,

mədəniyyət işçisi.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA