DYP sürücülərə texniki baxışla bağlı - XƏBƏRDARLIQ

img

18-02-2026 [10:44]


Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, Baş DYP fiziki və hüquqi şəxsləri istifadələrində olan nəqliyyat vasitələrini vaxtında texniki baxışa təqdim etməyə, xidmətdə məmnunluğun təmin edilməsi məqsədilə bu sahədə yaradılmış imkanlardan faydalanmağa çağırır”.

Mia.az xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin texniki baxışla bağlı sürücülərə müraciətində deyilib.

Bildirilib ki, digər məntəqələrdə olduğu kimi, paytaxtın Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən, müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində də növbələrin yaranmaması üçün bütün lazımi şərait yaradılıb: “Təkcə paytaxt əhalisi üçün deyil, respublikanın digər regionlarında qeydiyyatda olan avtomobillərə də xidmət göstərən sözügedən Müayinə Mərkəzi həftənin I-VI günləri saat 09:00-dan 23:00-dək, bazar günü isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yaranmış suallara 012-511-08-40 nömrəli qaynar xəttinə zəng etməklə cavab ala bilərsiniz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA