"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...

img

17-02-2026 [09:45]


"Haqq var və gec tez öz yerini tapır! Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanovun vəzifəsindən azad olunması ilə məsələ bitməlidirmi?! Heç kəsə sirr deyil ki, TƏBIB sədri V. Qurbanovun İcbari Tibbi Sığorta Agentliyinin (İTS) sədri Zaur Əliyevlə sıx əlaqələri mövcuddur".

Mia.az xəbər verir ki, bu sözləri sosial media hesabında tanınmış jurnalist, PR menecer və bir çox dövlət qurumlarında mətbuat katibi işləmiş İlham Aslanov yazıb.

O, daha sonra paylaşımında qeyd edib: "Maraqlıdır görəsən TƏBIB və ITS (İcbari Tibbi Sığorta Agentliyi) tərəfindən son 3 il ərzində elan etdikləri və həyata keçirdikləri Satınalmalar üzrə kotirovka sorğuları, Tenderlər də yoxlanılıbmı? Bu satınalma əməliyyatlarına cəlb edilən şirkətlər və təşkilatlar ilə əlaqələri araşdırılıbmı? Kimlərdir və kimlərin adamlarıdır?

Maliyyə Nazirliyi ötən il yoxlamalara başladı, bir sıra qanun pozuntuları aşkar etdi. Bu barədə ölkə mediası kifayət qədər yazıb işıqlandırdı. Maliyyə tərəfi araşdırıldı, aydındır. Bəs görəsən hüquq-mühafizə orqanları bu məsələyə hansı hüquqi qiymət verəcək? Ən acınacaqlısı odur ki, bəzən haqlı olduğun halda baş verənləri sadəcə izləyib susmalı olursan. Düşünürəm bu yoxlamalar və vəzifəsindən azad etmələr İcbari Tibbi Sığorta Agentliyindən də yan keçməyəcək. Keçməməlidir də".

Onun sözlərinə görə, 2022-2023-cü illərdə TƏBİB tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"da mətbuat katibi vəzifəsindən çalışdığı dövrdə TƏBİB rəhbərliyində gördükləri və müşahidə etdiklərindən dəhşətə gəlib: "Gördüklərim onu deməyə əsas verir ki, cənab Prezidentin vəzifəyə təyin etdiyi bir sıra məmurlar fəaliyyətə başladıqdan bir müddət sonra onu aldadır və xəyanət edirlər. Bu isə həm də dövlətçiliyə və xalqa xəyanət deməkdir.

TƏBİB tabeliyində fəaliyyət göstərən müəssisələrdə vəziyyət heç ürəkaçan deyil.

İmkanım olsaydı, səhv etmirəmsə, 2023-cü ildə Vüqar Qurbanov və Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri bəzi açıqlanmayan görüşləri araşdırardım.

Deyiləcək o qədər məsələ var ki...

Əmin olduğum odur ki, dövlətimiz və aidiyyatı üzrə hüquq mühafizə orqanları hər şeyi nə zaman və necə edəcəyini gözəl bilir".

F.Əhməd

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA