"Mən o ailəyə heç salam da vermirəm” - Əli Mirəliyevdən Xalq artistinin bacısı qızının həbsinə reakisya

img

11-02-2026 [12:03]


“Mən də Nigarın həbs xəbərini indi eşitdim. Yetimin malını mənimsəyəndə başlarına bu gələcəkdi də. Mən o ailəyə heç salam da vermirəm”.

Mia.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında müğənni Əli Mirəliyev mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənovanın həbs edilməsindən danışarkən deyib.

O bildirib ki, İ. Quliyevanın bacıları ilə əlaqəni kəsib: “Nigar İlhamənin ögey bacısı İradənin qızıdır. Mən onlarla əlaqə saxlamıram. İlhaməyə qarşı etdikləri haqsızlıqlar illər sonra qarşılarına çıxır. Mən bilirdim ki, gec və ya tez bu bacılar Allahın bəlasına düçar olacaqlar və cəzalarını alacaqlar. Yetimin malını yeyənə Allah qənim olar.

Onlar kim idi ki, İlhamənin anasının və atasının malına sahib çıxsınlar. Həbib Bayramov kimi Xalq artistinin tarını satdılar. İradə ilə Gülbahar bacıları İlhamənin banklardakı pulunu, evini, maşınını mənimsədilər, amma heç vaxt onun qayğısına qalmadılar, xəstə olanda yanına gəlmədilər. Elədikləri pis əməllər qarşılarına çıxdı. İlhaməyə mənim ailəm qulluq edib, qayğısına qalmışdı”.

Qeyd edək ki, Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib. Manset.az xəbər verir ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənovaya Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilir.
Onun sahibkardan külli miqdarda qızıl-zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA