Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
09-02-2026 [14:03]
Keçən il Azərbaycanda bələdiyyələrlə bağlı cinayət əlamətləri aşkarlanaraq toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Mia.az Report-a istinadla xəbər verir ki, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əks olunub.
Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunan məruzədə qeyd edilib ki, həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, 17-i üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb.
Belə ki, Abşeron rayonu Fatmayı bələdiyyəsinin fəaliyyəti araşdırılıb və bələdiyyənin vəzifəli şəxsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində bələdiyyənin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması faktı üzrə Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb.
Qusar rayonu Quxuroba bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması və bilə-bilə saxta sənədlərdən istifadə edilməsi Baş Prokurorluqda rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə cinayət işi başlanıb.
Saatlı rayonu Sarıcalı bələdiyyəsinin sədri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməsi faktı üzrə cinayət işi başlanıb.
Biləsuvar rayonu keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin isə vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə qərarlar tərtib edilməsi, yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə mənimsəmə və ya israf etmə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb.
Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin vəzifəli şəxsi tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması faktı üzrə dələduzluq, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə cinayət işi başlanıb.
Tovuz rayonu Böyük Qışlaq bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyənin adından saxta qərarlar tərtib edilməsi faktı üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, o cümlədən rüşvət alma (passiv rüşvətxorluq) və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb.
Həmçinin Tərtər rayonu Sarov, Qaradağlı, Yuxarı Qapanlı, Bəyimsarov, Abşeron rayonu Qobu, Qusar rayonu Urva, Samur, Gədəbəy rayonu keçmiş Novosaratovka və s. bələdiyyələrinin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
Bununla yanaşı bələdiyyə fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinə daxil olmuş hüquqi və fiziki şəxslərin sorğu və müraciətlərinə baxılarkən aşkar olunmuş qanun pozuntuları ilə bağlı müvafiq sənədlər əlavə edilməklə aidiyyəti üzrə istintaq orqanlarına məlumat verilib.
Hesabata görə, aparılan təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində rast gəlinən pozuntular əsas etibarilə bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi və digər məsələləri əhatə edir.
Təhlillərin nəticələrinə əsasən yerli özünüidarəetmə fəaliyyətində yol verilən aşağıdakı səciyyəvi nöqsanları göstərib:
- Bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması;
- Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması;
- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi;
- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi;
- Bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi;
- Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiymətinin bazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyən edilməsi;
- Bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində yerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması işi aşağı səviyyədə təşkil edilməklə bələdiyyənin maliyyə vəziyyətinin əsaslı şəkildə pisləşməsi.
Tacikistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Qarşıdakı iki günün havası ilə bağlı - Xəbərdarlıq
O, həm deputatdır, həm rektor... - Qanun nə deyir?
Kürün sahilini zəbt edən villa: o kimindir? - FOTO
Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsi var - DİN vakant yerlərə işçi axtarır
İstefa verən bələdiyyə sədri partiya liderindən şikayət edib
İcra başçısı vəzifədən azad edldi - Sərəncam
İki həkim həbs edildi - Məhkəmə zalında
Siyavuş Novruzov: "Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsü..."
Women in Tech: Azərbaycanlı qadınlar IT sahəsində stereotipləri necə dağıdır? - TƏHLİL
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
Bakıda türk biznesmenə niyə hücum olub? - VİDEO + AÇIQLAMA
General-mayora ağır itki üz verib
XİDMƏTİN SƏDR ƏVƏZİ 28 YAŞLI QAYNINA YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO
"Qarşıdan gələn iki bayramda əfv olmayacaq” - Novella Cəfəroğlu
Prezident Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri qəbul edib - MÜZAKİRƏ + FOTO
Bakıda qar yağacaq - Sabahın hava proqnozu
Zəngəzur–Naxçıvan xətti: imperiya sərhədlərinin sonu - TƏHLİL
Trampın azad olunmasını istədyi media maqnatına 20 il cəza verildi
Rektorun oğlunu vəzifədən azad olunub
Fransada hakim və anası qaçırılıb - Həbslər var
Mal əti adı altında satışa çıxarılan at əti... - Açıqlama + FOTO
“Böyük Seva”nın vəziyyəti açıqlandı: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir"
Jurnalistlər nəyi yaya, nəyi yaymamalıdır? - Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verdi
Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi... - Saxta elanlarla bağlı xəbərdarlıq
AMXM-da macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
İcra başçısının bacısı vəzifədən çıxarıldı - Yeni təyinat + FOTO
“Araz” supermarketlər şəbəkəsi 100-dən çox əməkdaşının övladına təhsil təqaüdü verir - FOTOLAR
Pəhləvidən mollalara: farslaşdırmanın dəyişməyən xətti - TƏHLİL
Əli Əsədov qərar imzaladı - DETALLAR
"Fənərbağça" Talışka ilə müqaviləni yenilədi, maaş azaldıldı - 12 milyondan 5.5 milyona qədər...
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
İH-də iki nəfər vəzifədən azad edildi
Hərbçilərimiz qəzaya düşdü - Ölən və yaralananlar var
Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb
Yaponiyanın ilk qadın Baş nazirindən tarixi uğur - Parlament seçkisində artiyası mütləq qələbə qazandı
Polis əməliyyatı: 2 nəfər 21 kq narkotiklə saxlanıldı
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi - Bəyanat
DAHA BİR MTN-çiyə DÖVLƏT XİDMƏTİNDƏ VƏZİFƏ VERİLDİ - İbrahimov qohumunu idarə rəisi təyin etdi
ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir
Sergen Yalçın: "Rəqibin müdafiə xəttini aşa bilmədik"
SPİDLİ - Kəbutər Hakverdinin hekayəsi
İstanbul boğazı gəmilərə qapadıldı