Zəngəzur–Naxçıvan xətti: imperiya sərhədlərinin sonu - TƏHLİL
09-02-2026 [12:42]
Cənubi Qafqazda sərhədlər dəyişmir, amma sərhədləri müəyyən edən imperiya məntiqi dağılır. Naxçıvan ətrafında baş verən son proseslər də məhz bunu göstərir. Söhbət xəritənin yenidən çəkilməsindən yox, xəritəni çəkənlərin oyundan çıxmasından gedir.
Bu həqiqət ABŞ-da yayımlanan Eurasia Daily Monitor nəşrində politoloq Paul Goble tərəfindən açıq şəkildə ifadə olunub. Onun yazısında əsas fikir belədir: “These moves effectively abrogate the Moscow and Kars treaties and put the borders and status of the Nakhchivan Autonomous Republic under Baku’s sole discretion.” (Bu addımlar faktiki olaraq Moskva və Qars müqavilələrini qüvvədən salır və Naxçıvan Muxtar Respublikasının sərhədlərini və statusunu tam şəkildə Bakının ixtiyarına verir.)
Bu cümlə sadəcə hüquqi şərh deyil. Bu, bir əsrlik imperiya konstruksiyasının sonunun elanıdır.
1921-ci il Moskva və Qars müqavilələri Naxçıvanı Azərbaycanın tərkibində saxlayırdı, amma onun taleyinə tam sahib çıxmağa imkan vermirdi. Moskva və Ankara “zəmanətçi” idi. Bu isə əslində suverenlik yox, nəzarət mexanizmi idi. Xüsusən Moskva üçün. Stalin dövründə Zəngəzurun Naxçıvanla Azərbaycanın arasına salınması təsadüf deyildi. Məqsəd Türkiyə ilə türk dünyası arasında quru əlaqəni kəsmək, Azərbaycanı coğrafi baxımdan parçalamaq idi.
İndi isə Naxçıvan konstitusiyasından bu müqavilələrə istinadın çıxarılması həmin mexanizmin sökülməsi deməkdir. Bu addım Moskvanın hüquqi alətini əlindən alır. Türkiyə üçün isə problem yaratmır. Çünki Ankara artıq öz mövqeyini tarixi sənədlərlə yox, real müttəfiqliklə qoruyur. Azərbaycan–Türkiyə münasibətləri zəmanətə ehtiyac duymayan mərhələyə keçib.
Paul Goble məqaləsində bu prosesi daha geniş kontekstdə qiymətləndirir və Naxçıvanı ABŞ-ın təşviq etdiyi yeni nəqliyyat arxitekturasının əsas hissəsi kimi göstərir: “This constitutional change opens the way for future changes in either [status or borders].” (Bu konstitusion dəyişiklik gələcəkdə həm status, həm də sərhədlərlə bağlı dəyişikliklər üçün yol açır.)
Burada qorxulu olan sərhəd dəyişikliyi deyil. Qorxulu olan imperiya mərkəzlərinin nəzarət imkanlarını itirməsidir. Məhz buna görə Moskva və Tehran bu prosesi “təhlükə” kimi təqdim edir. Halbuki faktiki olaraq baş verən Azərbaycan daxilində hüquqi asimmetriyanın aradan qaldırılmasıdır. Naxçıvanın “xüsusi nəzarət zonası” statusundan çıxarılması.
Zəngəzur–Naxçıvan xətti artıq təkcə Azərbaycan üçün deyil, Çin, Avropa İttifaqı və ABŞ üçün də əhəmiyyətli marşruta çevrilir. Bu xətt nə qədər açıq və funksional olarsa, Moskvanın region üzərindəki təsir rıçaqları bir o qədər zəifləyir. Rusiya bunu anlayır və məhz buna görə narahatdır.
Bu proses bir günün işi deyil. Amma istiqamət aydındır. Cənubi Qafqaz post-imperiya mərhələsinə daxil olur. Zəmanətçilər kənara çəkilir, dövlətlər isə öz məsuliyyətini öz üzərinə götürür. Naxçıvan bu baxımdan periferiyadan mərkəzə doğru hərəkət edir.
Zəngəzur–Naxçıvan xətti yalnız nəqliyyat marşrutu deyil. Bu xətt imperiya sərhədlərinin çəkildiyi dövrün bağlanmasıdır. Moskva zəmanətçi rolunu itirir. Ankara bu rola artıq ehtiyac duymur. Bakı isə öz dövlət məkanını tarixdən qalma hüquqi qandallardan azad edir.
Bu, xəritənin dəyişməsi deyil. Bu, xəritəni dəyişənlərin oyundan çıxmasıdır.
Elbəyi Həsənli. Sürix
mia.az
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib