500 minlik saat, xaricdə milyardlıq mülklər və... - Rövnəq Abdullayevin yaxın qohumu barədə sensasiyalı iddialar
09-02-2026 [00:17]
Anar Əlizadə ilə bağlı yerli və dünya mətbuatında gedən bəzi hadisələrin xronologiyası və xülasəsi...
3 fevral 2024-cü il: Mətbuatda yayılan məlumatlara görə, Anar Əlizadənin adı Londonda, dəyəri 15 milyon funt-sterlinq olan dəbdəbəli villa alışı ilə bağlı qalmaqalda hallanıb. Bildirilir ki, 2020-ci ildə alınan bu mülk tanınmış ulduzların (Rihanna, Pol Makkartni və s.) yaşadığı nüfuzlu bir məhəllədə yerləşir. Poliqon.info
17 May 2024: “The Daily” nəşri jurnalistlərin Bodrum-Yalıkavak marinasının sahibi kimi tanınan azərbaycanlı iş adamı Anar Əlizadə ilə bağlı araşdırmaları davam etdirdiyini yazır. Bildirilir ki, o, qeyri-qanuni öhdəliklər və biznes əlaqələrində mümkün qanunsuzluqlarla bağlı diqqət mərkəzindədir. Nəşrin iddiasına görə, Əlizadə hazırda cinayət təqibi altındadır və dələduzluqda ittiham olunur, həmçinin nəzarətində olan şirkətlərin ixrac olunan neftə dair sertifikatları saxtalaşdırdığı bildirilir. Məqalədə Böyük Britaniyanın Milli Cinayət Agentliyinin (NCA) onun Londondakı maliyyə aktivlərinin mənşəyini araşdırdığı da qeyd olunur. Eyni zamanda, iş adamının “Vaqner” PMC və Rusiya ilə əlaqələri, eləcə də Liviya neftinin daşınması ilə bağlı şübhələrdən bəhs edilir. Nəşr Bodrum-Yalıkavak marinasının son dövrlər Rusiya oliqarxlarının yaxtaları üçün təhlükəsiz sığınacağa çevrildiyini də vurğulayır. gununsesi.info
17 aprel 2025-ci il: Jurnalist araşdırmaları nəticəsində məlum olub ki, Anar Əlizadə 2024-cü ilin noyabrında Serbiya vətəndaşlığı alıb. İddia edilir ki, bu pasport sanksiyalardan yayınmaq və Avropada sərbəst hərəkət etmək üçün istifadə olunan "arxa qapı" sənədidir. musavat.com
6 oktyabr 2025-ci il: SOCAR-ın keçmiş rəhbər şəxsi Adnan Əhmədzadənin cinayət işi çərçivəsində Anar Əlizadənin istintaqa ifadə verdiyi və ölkədən çıxışına qoyulan məhdudiyyətin götürüldüyü bildirilib. Məlumatlara görə, Əlizadə dindirildikdən dərhal sonra Azərbaycanı tərk edərək Dubaya yollanıb.
30 noyabr 2025-ci il: Britaniya mediasına istinadən, Anar Əlizadənin 2013–2023-cü illəri əhatə edən və "Arda Akın" adına verilmiş saxta Türkiyə pasportundan istifadə etdiyi iddia olunub. Bu sənədin gizli biznes əməliyyatları və ofşor şirkətlərin qurulması üçün istifadə edildiyi ehtimal edilir.
9 dekabr 2025-ci il: Anar Əlizadənin nəzarətində olan Bodrumdakı "Yalıkavak Marina"nın sanksiya altında olan rus oliqarxlarının yaxtaları üçün sığınacaq yerinə çevrildiyi barədə məlumatlar yayılıb. Avropa xüsusi xidmət orqanlarının bu məsələ ilə bağlı araşdırmalar apardığı qeyd olunur.
13 yanvar 2026-cı il: Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti yenidən uzadılıb. İstintaq materiallarında Əhmədzadənin iqtisadi təhlükəsizliyə qarşı təxribat və mənimsəmə əməllərində Əlizadənin roluna dair ifadələrinin hələ də araşdırıldığı bildirilib.
Eləcə də mətbuatda dəfələrlə Adnan Əhmədzadənin və Anar Əlizadənin Rövnəq Abdullayevin “qara kassası” olması yazılıb
***
Mətbuatda gedən iddialarda Anar Əlizadənin hazırda Dubayda yaşadığı bildirilib və o, Adnan Əhmədzadənin əsas partnyoru və patronu kimi tanınmaqdadır.
Mətbuatda Adnan Əhmədzadənin qohumları ilə bağlı bu qalmaqallı məlumatlar yayıldıqdan sonra, bu xəbərlərin yayılmasının başlıca səbəbkarının elə Anar Əlizadə olduğu bildirildi. İddia olunur ki, "mehriban düşmən" olduğu deyilən ortaqlar — A. Əlizadə və Adnan Əhmədzadə arasındakı çəkişmənin kökündə pul və bəzi pozulmuş ortaqlıq məsələləri dayanıb.

Anar Əlizadə ortağının həbsindən sonra özünün "təmiz" olduğu barədə xeyli canfəşanlıq etdi, hətta "Alkagesta"nı "gözdən çıxararaq" ortağını "tanımadı". Bunlar hər biri mətbuatda yayılan iddialardır və internet resurslarında axtarış zamanı qarşımıza çıxan məlumatlardır.
***
Bəs əsas olan nədir?
Məlumdur ki, Anar Əlizadə Rövnəq Abdullayevin qohumudur. "32gun.az"a daxil olan məlumata görə, hazırda Dubayda qolundakı yarım milyonluq saatı ilə həyatına davam edən şəxs məhz Anar Əlizadədir. Ailə üzvləri isə istənilən vaxt Azərbaycana gəlir, qohumlarının və yaxınlarının şad günlərində iştirak edirlər.


Redaksiyamıza daxil olan digər məlumatlara görə, Anar Əlizadəyə məxsus və ailə üzvləri tərəfindən idarə olunan Istanbulda Levent adlanan ərzidə "Hyatt Centric" oteli və yenə eyni ərazidə yerləşən "Sumakh" restoranı var.

Anar Əlizadə ilə bağlı digər maraqlı məlumat onun bahalı saat sevgisidir. Onun fotolarında diqqət çəkən aksesuarlardan biri dünyanın ən elit saat brendi olan Patek Philippe-in eksklüziv modelidir.

Bu saat brendin ən mürəkkəb və bahalı kolleksiyalarından sayılan Grand Complications (Celestial) seriyasına məxsusdur. Siferblatında real vaxt rejimində göy üzünün və ulduzların hərəkətini əks etdirən bu model saat sənətinin zirvəsi hesab olunur. 18 karatlıq qızıl və ya platindən hazırlanan bu nadir sənət əsərinin bazar qiyməti orta hesabla 300.000$ ilə 500.000$ dollar arasında dəyişir. Belə bir seçim təkcə lüksün deyil, həm də yüksək zövqün və kolleksiya dəyəri olan detallara verilən önəmin göstəricisidir.

Xatırladaq ki, Anar Əlizadənin ortağı olduğu deyilən Adnan Əhmədzadə də son dövrlər SOCAR-ın sabiq rəsmisi yox iş adamı kimi "ün salmışdı". Həyat yoldaşı və özünün dəb-dəbəli həyatı, brend geyimləri ilə diqqət çəkirdi.
Anar Əlizadə dəb-dəbəli həyatını diqqət mərkəzinə salmasa da geyimləri aksesuarları diqqət çəkir.
Anar Əlizadə qardaşının faciəvi ölümü ilə gündəmə gəlmişdi - 2021-ci ildə...
Sergen Yalçın: "Rəqibin müdafiə xəttini aşa bilmədik"
SPİDLİ - Kəbutər Hakverdinin hekayəsi
İstanbul boğazı gəmilərə qapadıldı
500 minlik saat, xaricdə milyardlıq mülklər və... - Rövnəq Abdullayevin yaxın qohumu barədə sensasiyalı iddialar
Luis Diazdan het-trik - "Bavariya" qalib gəldi
Rusiya ordusu daha iki yaşayış məntəqəsini ələ keçirib - Açıqlama
İRANIN NÜVƏ BOMBASI VAR? - XİN başçısı dünyanı həyəcanlandırdı: "Nüvə bombamız böyük güclərə "yox" demək gücümüzdür"
"İnter" rəqibini 5 qolla məğlub etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ vitse-prezidenti Bakıya gəlir - Bu tarixdə (Yenilənib)
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?