Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı

img

26-12-2025 [00:03]


Türkiyədə mərc oyunlarının aktiv iştirakçıları olan futbolçu, klub rəhbərləri və hakimlərə qarşı əməliyyat-istintaq tədbirləri ilə yanaşı, Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən də cəza tədbirləri görülür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF mərc oyunlarına aktiv iştirakçıları olan daha 30 hakimin araşdırmasını yekunlaşdırıb.

Məlumata görə, futbol matçlarına "şot yazan" və bu səbəbdən oyunları qərəzli yönəldikləri qənaəti yaradan  hakimlərin arasında tanınmış hakimlər də var: "Hakimlər Aytekin Durmaz, Baki Tuncay Akkın, Mücahit Tatar, Sabit Hacıömeroğlu, Yılmaz Kalk, Ahmet Tepe, Ahmet Eşref Sarı, Atıf Eynallı, Aykut Demiran, Baki Yiğit, Barış Yüksektəpə, Can Köse, Düzgün Murat Zincidi, Faruk Utku Yılmaz, Hakan Akmısır, Hasan Hüseyin Yıdırım, İlker Karaciğer, İlker Güneş, Kaan Akın Öz, Aktanmet Mehgen, Metin Leyk Çevir, Aktanmet Mehgen, Metin Yükç. Cebeci, Murat Yenice, Mustafa Bıçakcı, Mustafa Kaygısız, Özmen Atalay, Turan Merdin və Yusuf Yaratıcı barədə araşdırma yekynlaşıb. Çox güman ki, yaxın günlərdə, bəlkə də bu gün onların cəzaları elan olunacaq".

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA