"Turan" yeni formatda geri qayıdır: "İndiyə qədər təxminən ildə 140 min abunəçidən ödəniş yığırdıq" - Mehman Əliyevdən açıqlamalar
15-02-2025 [10:09]
Xəbər evrildiyi kimi, "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdığı barədə açıqlama yayıb.
Mia.az-ın məlumatına görə, Agentliyin baş direktoru Mehman Əliyevin bunla bağlı açıqlamasında deyilir:
"Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır".
"Turan" İnformasiya Agentliyinin rəhbəri "yeni format" deyərkən nəyi nəzərdə tutub?
Mia.az xəbər verir ki, Modern.az Mehman Əliyevlə əlaqə saxlayıb.
O, bildirib ki, yeni formatda analitik bacarığı olan, bu işdə çalışa bilənlərdən istifadə olunacaq:
"Əslində biz bu formata 2017-ci ildə mən həbsdən çıxandan sonra başlamaq istəyirdik. Bizdə analitik xidmət var, onu işlədirik. Mən onun missiyasını başqa cür görürdüm. Lakin həmin vaxt bu alınmadı. Bunun cürbəcür səbəbləri var. Biz təzədən o formatı canlandırmaq istəyirik. Təxminən tədqiqat mərkəzi kimi bir şeydir. İndi o istiqamətdə işləmək imkanlarımız daxilində mümkündür. Dar çərçiivədə bunu edə bilərik. Özü də təcrübələrimiz buna ehtiyac olduğunu deməyə əsas verir. Bu, demək olar ki, optimallaşdırmaq məsələsidir.
Yeni formatda analitik bacarığı olan, bu işdə çalışa bilənlərdən istifadə ediləcək. Bizim müxbirlərimiz əslində başqa media orqanlarında da işləyirlər. Ona görə də burada elə bir problem yoxdur. Necə tərkibdə ola biləcəyimiz gələcəyin işidir. Hələlik 5-6 nəfərlik tərkib ola bilər. Bu, hələ ki planlardır. Gündəlik 12-13 saat işləyirik, indi oturub yeni iş nədən ibarət olacaq, hansı istiqaməti götürəcəyik, dünya tendesiyaları nədir, bunları təhlil edəcəyik. Ona görə də hələ vaxt lazımdır ki, həmin strukturun layihəsini yaradaq, onun əsasında hərəkət edə bilək".
M.Əliyev nə zaman işə başlayacaqlarından da danışıb:
"Bu məsələyə 15-20 gün ərzində aydınlıq gələ bilər. Çünki hazırda müəssisənin bağlanma prosesi gedir, vergilər, texniki məsələrlə məşğulam. İşçilər martın 1-nə qədər qalırlar. Ayın 1-dən işçilərin müqavilələrinə xitam veriləcək. Sonra baxacağıq. Yeni xidmətdə maraqlı ola biləcək cürbəcür təşkilatlarla danışıqlar aparacağıq. Kimlər qalacaq, kimlər gedəcək - bu məsələyə baxacağıq".
Bəs maliyyə məsələləri necə həll ediləcək?
"İndiyə qədər təxminən ildə 140 min abunəçidən ödəniş yığırdıq. Analitik xidmət məsələsinə gələndə baxacağıq. Yenə də qeyd edirəm ki, heç olmasa, balaca bir qrupun işini təmin etmək üçün lazım olan vəsaiti biz gərək cəlb edək. Bizi tanıyırlar, yeni deyilik. Təcrübəmizə bələddirlər. Bizimlə kimlərin işləmək istəyəcəyini, abunəçimiz ola biləcəyini araşdıracağıq. Ondan sonra hərəkət edəcəyik. Bəlkə heç bizi istəməyəcəklər. Ona görə əvvəlcə təkliflərimizi təqdim edəcəyik. Görək kimlər qəbul edəcək. Sonra bizim nə qədər vəsait ayığa biləcəyimiz dəqiqləşəcək. Ona uyğun işləyəcəyik. Bəlkə 3-4, bəlkə də 15 nəfər işçimiz olacaq. Ancaq təcrübəmiz, əlaqələrimiz var, bizi tanıyırlar. Hesab edirəm ki, həmişə müstəqil olmuşuq. Müstəqil analizlərə, yanaşmalara da çox böyük ehtiyac var. Bu baxımdan hesab edirəm ki, bizlə rəqabət tərəfi yoxdur".
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər