Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb

img

25-12-2025 [15:53]


Tanınmış aparıcı Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb.

Məlumata görə, bu səhər yayımlanan verilişdən sonra "Space TV"nin rəhbəri Vado Korovin aparıcını yanına çağıraraq, onun proqramının 1 yanvar tarixindən etibarən dayandırılacağını bildirib.

Məlumata görə, onun aparıcısı olduğu səhər verilişi reklam şirkətlərindən birinə verilib. Həmin şirkətin isə fərqli məzmunda yeni bir veriliş hazırlayacağı qeyd olunub.

Səidə Bəkirqızının verilişinin dayandırılması ilə bağlı xəbəri "Space TV"dən təsdiqləyiblər. Verilişin yayımının daha dəqiq hansı səbəbdən dayandırılması açıqlanmayıb/Manset.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA