Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq?
15-12-2025 [15:16]
Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Türkiyə parlamentində Öcalanla bağlı qızğın mübahisə - Millətçi deputat "şərəfsizdir" dedi, DEM-lilər səs-küy saldı (VİDEO)
Hakan Fidan Qətərin Baş naziri ilə müzakirə aparıb - Qəzza ilə bağlı
Sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq - Türkiyədən
Vüqar Əhməd saxlanılıb? - Açıqlama
Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar tapılıb - Rəsmi açıqlama yayıldı
İcra başçılarının oğlanları, nazir müavini... - General rütbəsi alanlar kimlərdir? (FOTO)
Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!
Qəzzada itkilər artıb
İsrail hərbçiləri Suriya ərazisində yeni post qurub
Gəlin qayınanasını boğaraq öldürüb? - Biləsuvarda... (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hərbi ekspert "Kontakt home" məhkəməyə verdi: "Müştərilərini necə aldatdıqları, fırıldaqçılıq..."
Deputatın oğlu boşanır: gəlin fantastik təzminat və aliment tələb etdi, oğlu isə...
Azərbaycan Universitetində döşəmə çöküb - Bir tələbə xəsarət alıb
Türkiyə parlamentində gərginlik - Türkeşin qızı "O, qatil kimi gəbərəcək" dedi, ara qarışdı
Türkiyədə daha bir zəlzələ oldu - 4.2 bal gücündə
Burak Yılmaz istefa verdi
General, polkovnik... - Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
"Xəbər bizi olduqca sarsıtdı" - İlham Əliyev
İlham Əliyev altı ölkə ilə viza ləğvi barədə sazişləri təsdiqləyib
Yeni Təşkilat Komitəsi yaradıldı, onlara vəzifə verildi - Sərəncam
ONLARA ALİ HƏRBİ VƏ ALİ XÜSUSİ RÜTBƏLƏR VERİLDİ - Sərəncam + SİYAHI
Naxçıvan Ali Məhkəməsinə sədri təyin olunub
Mikayıl Cabbarova daha bir vəzifə verildi - Sərəncam
Sabah leysan yağacaq - Xəbərdarlıq
Prezident İlham Əliyevdən fərman: idxal-ixrac, tranzit, nəqliyyat və... - Dəyişiklik
"Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə..." - Şirkət açıqlama yaydı
Eldar Mahmudovun əmisi oğlu vəzifəyə təyin edildi
Sabah yağışlı hava olacaq
Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəy təsdiqlənib
"Azercell" növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib
Direktor rektor və müdirə təşəkkür edib
Qurban Qurbanova ən yaxşı baş məşqçi seçildi
Xalq artisti reabilitasiya mərkəzinə yerləşdirilib
Rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisi açılacaq
3 bürcdə doğulanları sürpriz gözləyir
Braun Universitetində silahlı insident: 2 nəfər ölüb, 9 yaralı var
Nuri Şahin: "Bu, bizim üçün çox vacib bir qələbədir"
Bilik Kuboku” layihəsi: final mərhələsi uğurla baş tutub - FOTOLAR
"Beşiktaş"ın baş məşqçisi: "Bu gecə bizə teatr tamaşası oynanıldı"
41 yaşlı məntəqə sədri dəm qazından boğuldu