Vüqar Əhməd saxlanılıb? - Açıqlama

img

15-12-2025 [19:17]


Məsələ ilə bağlı Vüqar Əhməd “Qafqazinfo”ya açıqlama verib:

“Yalan məlumatdır. Heç bir qurum tərəfindən saxlanılmamışam. Bu gün xəstə olmuşam, telefonu aça bilməmişəm”.

***

Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir.

Mia.az xəbər verir ki, bu haqda Manset.az məlumat yayıb.

Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.

Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib: “Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 15.12.2025

Qəzzada itkilər artıb

15:42 15.12.2025

Burak Yılmaz istefa verdi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA