"Dələduz" sözü təhqir deyil! - Dilçlik institutu rəy verdi, qalmaqal siyasiləşdi
15-12-2025 [13:58]
AMEA-nın mütəxəssisinin verdiyi rəydə İsfəndiyar Axundovun Emil Səməndərova qarşı işlətdiyi "dələduz" ifadəsinə və bunun təhqir olduğuna yer verilməyib.
Bu barədə "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov sözügedən məsələ ilə bağlı məhkəmə prosesində deyib.
Belə ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda vəkil Asim Abbasov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyevanın rəyində ziddiyyət olduğunu diqqətə çatdırıb:
"AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Ramiz Mehdiyev vəzifədə olan zaman onun əmri ilə təyin edilib. İnstitutun direktoru ilə Ramiz Mehdiyev, eləcə də İsfəndiyar Axundov arasında əlaqələrin olması barədə məlumatlar var. Bizim sübutlar siyahısından çıxarılmasını istədiyimiz rəyi verən mütəxəssis də sözügedən institutun əməkdaşıdır. Xahiş edirəm ki, bu rəy sübutlar siyahısından çıxarılsın".
Təqsirləndirilən şəxsin vəkili Ülvi Nəsibli əlavə edib ki, Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında əlaqənin olmağı cəfəngiyyatdır:
"Xüsusi ittihamçının vəkili təsdiqini tapmamış məlumatlara istinad edir. Belə çıxır ki, Emil Səməndərovun da Ramiz Mehdiyevlə əlaqəsi var. Bunun baxılan işə aidiyyəti yoxdur. İttihamçı tərəfin mütəxəssis rəyinin sübutlar siyahısından çıxarılması üçün verdiyi vəsatətin təmin edilməməsini xahiş edirəm".
Təqsirləndirilən İsfəndiyar Axundov deyib ki, onun Ramiz Mehdiyevlə heç bir əlaqəsi yoxdur: "Bu işlə aidiyyəti qurumlar məşğul olur. Kiminsə Ramiz Mehdiyevlə əlaqəsi varsa, cəzasını alacaq".
Vəkil Asim Abbasov deyib ki, İsfəndiyar Axundovla Ramiz Mehdiyev arasında əlaqənin olması ilə bağlı məlumatlar 2020-2021-ci illərdə yayılıb.
O əlavə edib ki, İsfəndiyar Axundovun yaxın qohumları ona zəng edərək işdən çəkindirməyə çalışıb: "Hətta qarşı tərəflə Emil Səməndərov arasında 3 ev məsələsi olub. Biz heç bir şey istəmirik. İstədiyimiz odur ki, İsfəndiyar Axundov mediada dediyi sözlərin yanlış olduğunu bildirsin".
Həmçinin, təqsirləndirlənin vəkili Ülvi Nəsibli deyib ki, Emil Səməndərovun vəkili Asim Abbasovun xüsusi ittiham qaydasında şikayət etməyə səlahiyyəti olmayıb. O, bu səbəbdən işin icraata götürülməsinin düzgün olmadığını qeyd edib.
Hakim Vüsal Tağıyev vəkil Asim Abbasovun AMEA-nın mütəxəssisi Nəzakət Qaziyevanın verdiyi rəyin sübutlar siyahısından çıxarılıb-çıxarılmaması ilə bağlı yekunda qərar veriləcəyini bildirib.
Həmçinin, hakim vəkil Asim Abbasovun məhkəməyə ilk rəy verən ekspertlərin dindirilməsi ilə bağlı təqdim etdiyi vəsatəti təmin etməyib.
Daha sonra proses sənədlərin tədqiqi ilə davam edib. Sənədlər tədqiq olunduqdan sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul olunub.
Vəkil Asim Abbasov çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin olunub.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib(Report).
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb