CHP-nin keçmiş təşkilat sədri tutulub - Rüşvət ittihamı ilə 

img

10-12-2025 [09:05]


Türkiyədə daha br CHP funksioneri saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Antaliyanın Serik rayonunda yaşanıb.

Məlumata əsasən, CHP-nin sözügedən rayon üzrə sabiq sədri Ş.Ç. rüşvət ittihamı ilə qandallanıb.

İddiaya görə, o, bir ticarətçinin şiikayətindən sonra tutulub: "Partiya funksioneri mağaza sahibinin şikayəti ilə saxlanılıb. Ticarətçi siyasətçinin ondan hansısa mübahisəli sənədinin qaydaya qoymaq adıyla 80 min tl (təxminən 3200 manat) rüşvət almaqda ittiham edib. Antaliya prokurorluğu istintaqı davam etdirir"

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA