"Qalatasaray" ilə "Fənərbağça"nın futbolçuları həbs olundular 

img

09-12-2025 [21:22]


Türkiyə futbolunda qanunsuz qumar oyunları ilə bağlı "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş və "Qalatasaray"ın futbolçusu Metehan Baltacı həbs olundu.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, istintaq çərçivəsində saxlanılan və xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilən futbol şərhçisi və keçmiş hakim Ahmed Çakarın müalicəsi davam edir.

Onun müalicəsi başa çatdıqdan sonra məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

İstanbul Prokurorluğu ümumilikdə 37 nəfərin saxlanılaraq məhkəməyə göndərildiyini açıqlayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA