Bakıda kişi arvadının valideynlərinin evindən qızıl oğurlayıb

img

09-12-2025 [17:11]


Bakıda oğurluq edən kürəkən saxlanılıb.

Dekabrın 8-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evlərin birindən 6800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən mənzildə kənar müdaxilə izləri aşkar edilməyib. Bu hal oğurluq hadisəsində zərərçəkənin ailə üzvlərindən birinin iştirakına dair əsaslı şübhələr yaradıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ev sahibinin kürəkəni, 22 yaşlı O. İsmayılov talama cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılıb. O, verdiyi izahatda qızıl-zinət əşyalarını sataraq nağd pula çevirmək məqsədilə oğurladığını etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA