Mətbuat katibi əvvəl vecinə almır, sonra isə... - Baş redaktor yazdı, "bizlik deyil" deyən qurum rəsmisi bu dəfə elə hərəkət etdi ki...
17-11-2025 [17:55]
Deməli, qızımın işə düzəlməsi ilə bağlı sağlamlıq haqqında arayış alırıq. Və bir müddət keçdikdən sonra tam təsadüf nəticəsində məlum olur ki, TƏBİB-in sistemində qızımın xəstəlik tarixində belə bir arayış yerləşdirilib: “Yakob xəstəliyi zamanı demensiya” diaqnozu.
Qeyd edim ki, sonuncu dəfə bu xəstəlik 1998-ci ildə Böyük Britaniyada qeydə alınıb və heyvanmənşəli nadir və dəhşətli xəstəliklərdən biri kimi xarakterizə olunur. Yeri gəlmişkən, ingilislər belə bir xəstəliyin mövcudluğundan sonra məcbur olub cütdırnaqlı bütün heyvanları məhv ediblər. Nəticədə dövlətin iqtisadiyyatına külli miqdarda ziyan dəyib”.
Bu fikirləri Əməkdar jurnalist Fadil Paşayev öz sosial şəbəkə hesabında paylaşıb.
Jurnalist bildirib ki, araşdırma aparıb və məlum olub ki, Azərbaycanda belə bir xəstəliyin qeydə alınması və açıq sistemə yerləşdirilməsi ilə bu ölkənin Ümumdünya Səhiyyə Təşkilatı qarşısında fövqəladə vəziyyət elan etmək kimi bir öhdəliyi var:
“Məsələ burasındadır ki, belə bir xəstəliyi ölü bir şəxsin beynindən götürülən hüceyrələri müayinə etdikdən sonra müəyyənləşdirmək olar. Hələ mənim övladımın keçirdiyi stressi demirəm. Vəziyyətlə bağlı iki ay bundan qabaq TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamira Adilova ilə əlaqə saxlanıldı. Bu şəxs açıq şəkildə bəyan etdi ki, məsələ TƏBİB-lik deyil, Səhiyyə Nazirliyinin səhvidir. Gör insan nə qədər laqeyddirsə, bu mövzu onun, yumşaq desək, heç vecinə də olmadı.
Sonra Sumqayıt Tibb Mərkəzinə və mətbuat katibi Ramil Yaqub Zeynallıya müraciət etdik. Onlar bu yanlışlığını hərf səhvindən irəli gəldiyini və tez bir zamanda aradan qaldırılacağını desələr də, iki aydan çoxdur ki, məsələ öz həllini tapmır. Mən bu statusu yaza-yaza belə əllərim əsir, bir ölkə vətəndaşına, eləcə də Azərbaycanın maraqlarına bu qədər laqeyd yanaşan dövlət qurumlarına, ayrı-ayrı şəxslərə söz tapıb ifadə edə bilmirəm.
Əslində yazaram, hələ o tərəfə də keçərəm. Sadəcə bilirəm ki, laqeyd münasibətin nəticəsində neçə-neçə cinayətlər işlənilir. Düzdür, bütün bunların cəzasını onsuz da gec-tez Uca Allah verir. Ancaq buna baxmayaraq, mən adını etiketlədiyim dövlət qurumları qarşısında bir həyəcan siqnalı çalıram. Xahiş edirəm, bir vətəndaş kimi qətiyyətlə təkid edirəm ki, bu kimi özbaşınalıqlar, texniki səhv adı altında dəhşətli cinayət ehtimalları araşdırılsın! Məsələni bir statusla ictimailəşdirməklə də kifayətlənməyəcəm, lazım gəldikdə Azərbaycan Respublikasının ali rəhbərliyinə müraciət etməklə haqlı şəkildə bir çox “kəllələr”in hüquqi müstəvidə cəzalanmasına nail olacağam. Əks təqdirdə cəzasızlığın olacağı Azərbaycanda yaşamaqdansa, ölümü arzulamaq çıxış yolu görünəcək mənim üçün. Ümid edirəm ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Baş Prokurorluğu bu faktla bağlı hüquqi müstəvidə ciddi addımlar atacaq. Hələlik bu qədər…” – jurnalist vurğulayıb.
***
Matraqlı budur ki, TƏBİB-in əvvəlcə "bizlik deyil", - deyən mətbuat xidməti bu yazıdan sonra məsələnin elə onlarlıq olduöunu rəsmi cavabla təsdiqləyiblər: “Paşazadə Fatimə Fadil qızının şəxsi kabinetində – my.gov.az portalında səhvən 2024-cü ildə “Kreystfeld–Yakob xəstəliyi zamanı demensiya” diaqnozunun qeyd olunması faktı qeydə alınıb.
Aparılan araşdırma zamanı müəyyən edilib ki, bu texniki yanlışlıq qeydiyyat mərhələsində baş verib. Belə ki, reyestrə təqdim edilən klinik diaqnoz Z02.1 kodu əvəzinə F02.1 kimi qeyd olunub.
Müvafiq şöbəyə və qeydiyyatçılara xəbərdarlıq edilib, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə nəzarət tədbirləri görülüb.
Bildiririk ki, vətəndaşın real klinik vəziyyəti ilə qeyd olunan diaqnoz arasında heç bir tibbi uyğunluq mövcud deyil və bu, sırf texniki səbəbdən baş vermiş qeyri-dəqiqlikdir.
18.10.2025-ci il tarixində sistemdə (e-tabib mobil tətbiqində) bu məlumatın düzəlişi üzrə müvafiq addımlar atılıb və my.gov.az platforması ilə sinxron yenilənmə işləri aparılır.
Yaxın günlərdə dəyişikliyin vətəndaşın my.gov.az platforması üzrə şəxsi kabinetində də əks olunması təmin ediləcəkdir”.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər