Nəsimidə “Zəfər Bayrağı altında Zəfərdən-Zəfərlərə!” adlı tədbir keçirilib - FOTOLAR
07-11-2025 [09:58]
Nəsimi rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Zəfər Bayrağı altında Zəfərdən-Zəfərlərə!” adlı tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, Müdafiə Nazirliyinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, elm, mədəniyyət xadimləri, şəhid ailələri, müharibə iştirakçıları (qazilər) və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə tədbir iştirakçıları Mərkəzin foyesində Uşaq İnkişaf Mərkəzinin gənc yetirmələrinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Sonra “8 noyabr – bizim şanlı Qələbəmizin, Zəfərimizin Günüdür” adlı, Ali Baş Komandan İlham Əliyevin tarixi çıxışlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan tanınmış hərbi jurnalist Abdulla Qurbani Zəfər Bayrağının fəxri qarovulun müşayiəti ilə salona gətirildiyini elan edib.
Ulu Öndər Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının müavini Zahid Xəlilov Zəfər tarixinin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şərəfli dövrünü yaşayır. Ali Baş Komandanın qətiyyətli iradəsi və müdrik siyasəti nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək misilsiz qəhrəmanlıq salnaməsi yazıb.
Natiq çıxışına davam edərək qeyd edib ki, 44 günlük Vətən müharibəsi müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfər salnaməsidir. Bu Zəfərin qəhrəmanları olan şəhidlərimizin ailələrinə və qazilərimizə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır.
Xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı tariximizə hələ neçə-neçə zəfər dolu səhifələr yazılacaqdır. Onun əldə etdiyi razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəkdir.
Tədbir boyu səsləndirilən “Vətən, sənin şəhidlərin” elegiyası və digər bədii kompozisiyalar iştirakçılarda dərin duyğular yaşadıb.
Sonda “Müzəffər ordumuz” mahnısının sədaları altında iştirakçılar xatirə şəkilləri çəkdirib. Tədbir bir daha bütün xalqımızın Zəfər ruhunu, Ali Baş Komandana inamını və Vətənə sevgisini nümayiş etdirib.
Tədbirin sonunda şəhidlərin ailə üzvlərinə xatirə hədiyyələr təqdim edilib.



Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib