Bakıda daha bir məktəbdə qalmaqal: direktorla müəllimə üz-üzə gəlib
04-11-2025 [18:05]
Xəzər rayonu, Ramiz Qasımov adına 216 saylı tam orta məktəbdə direktor vəzifəsini icra edən Çinarə Cəbrayılova ilə ingilis dili müəllimi Sədaqət Babayeva arasında gərginlik yaşanıb.
Müəllim xəstəxanalıq olub?
İddialara görə, Çinarə Cəbrayılova Sədaqət Babayevanı rəsmi qurumlara etdiyi şikayətlərə görə otağına çağıraraq danlayıb. Söhbət zamanı tərəflər arasında mübahisə daha da gərginləşib.
Nəticədə əsəbləşən Sədaqət Babayevanın ürəyi tutub, halı pisləşib və o, huşunu itirib.
Dərhal məktəbə təcili yardım çağırılıb və qadın müəllim Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb.
Bizim.Media hadisənin təfərrüatlarını öyrənmək üçün məktəblə əlaqə saxlayıb. Məktəbdən bildirilib ki, direktor əvəzi Çinarə Cəbrayılova hazırda təlimdədir və məsələ ilə bağlı açıqlama verilməyib.
“Məni intihar həddinə çatdırıb”
Daha sonra Bizim.Media Sədaqət Babayeva ilə əlaqə saxlayıb. Müəllimə bildirib ki, direktor əvəzi Çinarə Cəbrayılova ona qarşı davamlı təzyiqlər göstərir:
“31 ildir bu məktəbdə çalışıram. Çinarə Cəbrayılova 9 ay öncə direktor əvəzi təyin olunub. Onun özbaşınalıqları ilə bağlı dəfələrlə rəsmi qurumlara müraciət etmişəm, amma cavab ala bilməmişəm. Bir neçə ay əvvəl mediaya müsahibə verdim, bundan sonra münasibəti dəyişdi. Dəfələrlə üzümə vurur ki, “məktəbin nüfuzunu yerə vurmusan”. Halbuki mən sadəcə haqsızlıqlardan danışıram”.
Sədaqət Babayeva qeyd edib ki, ötən gün rayon təhsil şöbəsində olduğu üçün direktor onu bu gün otağına çağırıb və mübahisə edib:
“Özü də bilir ki, mən ürək xəstəsiyəm. Qızım polis şöbəsinə müraciət edib, amma oradan bildiriblər ki, “cinayət tərkibi yoxdur”. Gərək məni öldürəydi ki, cinayət tərkibi olsun? Artıq dözülməz vəziyyətdir”.
İllərin müəllimi niyə yeməkxanada dərs keçməlidir?
Müəllimənin sözlərinə görə, Çinarə Cəbrayılova məktəbdə ətrafına bir qrup toplayaraq ayrı-seçkilik yaradır və onu təzyiq altında saxlayır:
“6-7 nəfəri başına yığıb məktəbdə “at oynadır”. Əsassız yerə mənə şiddətli töhmət verib. Deyir ki, səni işdən çıxarmaq üçün bunu etdim. Dəfələrlə sinif otağı istəmişəm, vermir. Mən illərin müəllimi, niyə yeməkxanada dərs keçməliyəm? Bu il mənə 18 deyil, 15 saat dərs verdi. Yalnız öz ətrafındakı müəllimlərə şərait yaradır”
Sədaqət Babayeva əlavə edib ki, iş yerində davamlı stres altında qalır:
“Ağzı söyüşlə açılır. Deyir ki, “mənim arxamda elə adamlar dayanır ki, get kimə istəyirsən şikayət et”. Artıq çox yorulmuşam. Məktəbdəki müəllimləri də mənə qarşı yönəldib, əleyhimə ərizə yazmağa məcbur edir. Çox həmkarım mənimlə danışmaqdan çəkinir. Bundan sonra neçə olacaq, onu da bilmirəm”.
Məsələ ilə bağlı Ramiz Qasımov adına 216 saylı tam orta məktəbdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin ingilis dili müəlliminin (müvafiq səbəbdən adı qeyd olunmur) davranışları ilə əlaqədar bir qrup valideyn və müəllimlər tərəfindən dəfələrlə təhsil müəssisəsinin rəhbərliyinə şikayət olunub. Nəticədə ingilis dili müəlliminə "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:
“04.11.2025-ci il tarixində məktəbin direktor əvəzi, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı, məktəb Həmkarlar Komitəsinin sədri qeyd olunan ingilis dili müəllimi ilə söhbət aparıblar. Söhbət zamanı müəllim məktəbin kollektiv üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib, müəllimlərin nüfuzuna xələl gətirəcək fikirlər səsləndirib, "Təhsilverənlərin etik davranış Qaydaları"na uyğun olmayan hərəkətlər sərgiləyib. Otaqda nalayiq hərəkətlər etməsinə baxmayaraq məktəb rəhbərliyi onun ifrat emosional vəziyyətini və halının pisləşdiyini nəzərə alaraq təcili tibbi yardım çağırıb.
Qeyd olunan müəllimin davamlı xarakter almış bu kimi hərəkətləri məktəbdaxili pedaqoji mühitin və tədris prosesinin pozulmasına səbəb olur”.
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub