"Baku TV" və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
17-10-2025 [17:21]
Azərbaycanın aparıcı televiziya kanallarından biri olan "Baku TV" və Özbəkistanın nüfuzlu televiziya kanalı "Özbəkistan 24" arasında oktyabrın 17-də Daşkənd şəhərində əməkdaşlıq memorandumu imzalanıb.
Mia.az xəbər verir ki, sənədi "Baku TV"nin direktoru Ramin Cəfərov və "Özbəkistan 24" kanalının rəhbəri Məmədəmin Səfərov imzalayıblar.
Mərasimdə "Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak ediblər.
H. Quliyev qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı iki xalqın bir-birini daha yaxından tanımasına xidmət edir:
"Bu memorandum dostluq və qardaşlıq münasibətlərimizin informasiya müstəvisində daha da möhkəmlənməsinə töhfə verəcək. Bununla eyni zamanda Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığının inkişafında yeni mərhələnin əsası qoyulur. Sənəd televiziya və informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsini, peşəkar təcrübə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini və informasiya dəstəyinin gücləndirilməsini nəzərdə tutur".
Orxan Məmmədov çıxışında bildirib ki, bu memorandum iki ölkə arasında media və mədəni əməkdaşlığın inkişafına yeni nəfəs gətirəcək:
"Baku TV" və "Özbəkistan 24" kimi nüfuzlu kanalların birgə fəaliyyəti həm xəbərin keyfiyyətini, həm də informasiya mübadiləsinin sürətini artıracaq. İnanırıq ki, bu əməkdaşlıq hər iki ölkənin informasiya məkanını daha da zənginləşdirəcək".
Xatırladaq ki, 2018-ci ildən fəaliyyət göstərən "Baku TV" "Global Media Group"un tərkibinə daxil olan televiziya kanalıdır. Beş dildə xəbər istehsal edən kanal peyk, kabel və rəqəmsal platformalar vasitəsilə həm Azərbaycanda, həm də xaricdə geniş izləyici auditoriyasına malikdir.
Son illərdə sürətli inkişaf nümayiş etdirən "Baku TV"nin videolarına 2024-cü ildə "YouTube" platformasında 1 milyard 168 milyondan çox baxış qeydə alınıb. Kanal fəaliyyəti boyunca beynəlxalq idarəetmə standartlarına əsaslanır və ISO 9001, ISO 14001 və ISO 45001 sertifikatlarına malikdir.
Qeyd edək ki, müxtəlif maarifləndirici və ictimai əhəmiyyətli layihələri ilə seçilən "Baku TV" bu gün ölkənin ən çox izlənilən kanallarından biridir. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər