02-09-2014 [21:38]
"Rusiyalı dostlara minnətdarlığımı bildirirəm ki, seçmə oyun öncəsi bizə yoldaşlıq görüşü keçirməyə şərait yaratdılar. Şadıq ki, Rusiya sabahkı oyundan sonrakı 2 il müddətində Bakıya gəlməlidi. İki federasiya arasında belə razılıq əldə olunub".
Bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Milli komandamız sabah Rusiya ilə yoxlama oyunu keçirəcək. Foqts bu gün Moskvada mətbuat konfransı təşkil edib. Alman çalışdırıcı Rusiya Futbol İttifaqının qərarını şərh edib: "Bu oyun Rusiya yığması üçün də ciddi sınaqdı. Çünki bizimlə qarşılaşma dünya çempionatından sonra onların ilk oyunudu. Rusiya Futbol İttifaqının Fabio Kapello ilə müqaviləni yeniləməsini düzgün addım sayıram. Çünki italiyalı məşqçi güclü mütəxəssisdi".
Bu oyunda Foqtsu ancaq qələbə qane edir: "Rusiya yığması ilə oyunda məni ancaq qələbə qane edəcək. Mənə hər oyunda qələbə qazanmaq vacibdi. Yaxşı mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq. Meydanda hansı heyət olur-olsun, qələbəyə oynamalıyıq. Mən futbolçularıma deyə bilmərəm ki, "sabah yoxlama matçıdı, çıxın öz bildiyiniz kimi oynayın". Yaxşı məşqçi elə fikir söyləməz. Sabah yaxşı oynasaq, minimal hesabla uduzsaq, yenə razı qalaram".
Baş məşqçi futbolçularımızın Rusiya ilə oyunlara daha yaxşı kökləndiyini bildirib: "Azərbaycanla Rusiya arasında həmişə rəqabət olub. Kiçik ölkə həmişə böyüyə qalib gəlməyə çalışır. Biz də bunu edə bilərik. Rusiya ilə oyun üçün əlavə motivasiyaya ethiyac olmur. Futbolçularımız bu komanda ilə görüşə 110% motivasiya ilə çıxırlar. Digər rəqiblərlə oyunlara isə 60%".
Foqts "Qarabağ"la "Neftçi"nin Premyer Liqadakı matçlarının təxirə salınmasından danışıb. Alman çalışdırıcı "Qarabağ"la "Neftçi"nin Premyer Liqadakı oyunlarını təxirə salması sizin ürəyinizcə olmadı. Yığmamız sıx qrafikdə oynamağı bacaracaq" sualına belə cavab verib: "Oktyabrda İtaliya və Xorvatiya ilə üç gün ərzində qarşılaşacağıq. Özü də səfərdə. Bu, çox çətindi. Klubların oyunlarını təxirə salması mənə də problem yaradır. Yozef Blatterə məktub yazacam ki, Xorvatiya ilə oyunu təxirə salsın (gülür). Amma "Qarabağ"ı Avroliqanın qrup mərhələsinə çıxması münasibətilə təbrik edirəm. "Qarabağ" ölkənin ən yaxşı komandasıdı, özü də böyük fərqlə. "Neftçi" də qrupa düşsəydi, daha yaxşı olardı. Yerli futbolçular üçün hər bir beynəlxalq oyun vacibdi. Premyer Liqanın oyunları bundan sonra təxirə salınmasa, çox sevinərəm".
Fanat.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi