"Kapitalbank" Mia.az saytını məhkəməyə verib: ayı söhbəti haradan çıxdı? - Professordan şərh
11-09-2025 [17:11]
"Kapitalbank" Mia.az saytını məhkəməyə verib.
Mia.az xəbər verir ki, bank saytda yayımlanan "BİRBANK"ın MİN OYUNU: Kasıba “kuryer” tələsi, varlıya isə..." başlıqlı yazıya görə belə bir addım atıb.
Bu gün Bakı Kommerasiya Məhkəməsində hakim Günay Namazovanın sədrliyi ilə hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında tərəflər iddiaya münasibətlərini bildiriblər.
Mia.az xəbər portalının rəhbəri iddia tələblərini rədd edib və bildirib ki, tələblər haqlı və düzgün tərtib olunmayıb.
Məhkəmə hazırlq iclasını oktyabr ayının 2-nə təxirə salıb.
Məlumat üçün bildirək ki, "Kapitalbank" Mia.az Xəbər Portalına qarşı bir-birinə zidd tələblər qoyub: bank gah yazının saytdan silinməsini (qanunvericilikdə belə tələb yoxdur), gah üzr (bu da yoxdur"), gah təkzib, gah da silinməsini tələb etdiyi yazı ilə bağlı mövqeyinin silinməmək şərtiylə dərcini tələb edib.
Proses hələ başlamadığından qarşı tərəfin kart sifarişi verən şəxsə yaradılan problemlərdən bəhs edən yazıya aid dəlillərə toxunmuruq.
Lakin Bankın yazının başlığını "çarpdırıb", bizim (oxu: Mia.az saytının) guya bankı "Ayı"ya bənzətdiyimizi iddia etməsi anlaşılmaz və eyni zamanda, qəbulolunmazdır.
Baxın, Bank iddia ərizəsinin girişində yazıb: "İlk öncə onu qeyd edək ki, məqalənin adındakı “min oyunu” ifadəsi orijinalda “ayının min oyunu” məsəlindən götürülüb ki, bura da Cavabdeh tərəfindən Banka münasibətdə sətraltı “ayı” sözünün işlədilməsi birmənalı qaydada təhqirdir və öz ünvanımıza edilən bu təhqirə olduqca dözümsüz yanaşırıq".
Əvvəla, hazırda dünyanın bir çox məşhur idman klubları, nəhəng şirkətləri, hətta dövlətlər var ki, bayraq və gerblərində hansısa heyvanın, quşun şəklinə yer verib. Hələ Rusiyanın "Ayı"ya bənzədilməsi ilə bağlı ötən həftə Pekində keçirilən mətbuat konfransında Putinin "Sizin ölkənizi ayı adlandırırlar. Buna münasibətiniz", - sualına razılıq ifadə edən cavabına diqqət edin: "Ayı ayıdır da. Həmişə güclüdür..."
Yəni, sözümüz budur ki, dövlətlər bu bənzətməni özlərinə təhqir bilmirlərsə, bizim sosial mediadakı elə rəsmi səhifələrində məşhuri-cahan olan bank yazmadığımız sözü haradan götürüb, necə belə nəticəyə gəlib ki?
İkincisi, bu, "Birbank" söz birləşməsindəki "bir" sözünə uyğun olaraq, başlıqda min əvəzinə, 100, yaxud 100 min də yazıla bilərdi. Elə isə ədəbi dil və yaradıcılq məhsulu olan bu söz birləşməsi, Anadolulu qardaşlarımız demişkən, niyə gedib Ayıya bağlanıb ki?"
Məsələyə Bakı Dövlət Universistetinin Jurnalistika fakültəsinin müəllimi, media eksperti, professor Qulu Məhərrəmlidən münasibət öyrəndik.
Media üzrə tanınmış ekspert, professor Mia.az-a açıqlamasında başlığın və yazının normal tənqid olduğunu deyib:

"Yox, burada təhqir yoxdur. Əhəmiyyətsiz işdir. Normal başlıq, normal tənqid, subyektiv və obyektiv münasibətdir. Burada kriminal münasibət, yaxud işgüzar nüfuza zərər vuran nəsə yoxdur".
Professor onu da deyib ki, qarşı tərəf yazının silinmə tələbini qoya bilməz: "Onu yalnız siz öz istəyinizlə poza bilərsiniz...".
F.ƏHMƏD
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər