"Hakimiyyət baxır, məni tanıyır" - Kəramət
28-08-2025 [11:44]
Redaksiyadan çıxıb üzü Elmlərə-daha dəqiq, artıq xalq arasında “Kəramətin çayxanası”, “Kəramətin parkı” deyilən ünvana üz tuturam. Niyyətim əvvəldən reportaj olsa da, elə yoldaca bu fikrimdən daşındım. Mənə və elə əksər adama maraqlı olan bir neçə sualım var, onları verəcəkdim.
Dəqiqləşdirmək üçün özünə zəng vururam:
-Kəramət, salam, ordasan? Müsahibə almaq istəyirəm səndən.
-Burdayam, amma vallah, müsahibə vermək istəmirəm, yorulmuşam. Ümumiyyətlə, çox danışıram.
-Narahat olma, suallarım azdır, ürəyimdə bir-iki əsas sual var, onları verib gedəcəm.
-Yaxşı, gəl, başa düşdüm. Satılıb-satılmamağımı soruşassan.
“Arifə bir işarə də bəsdir” deyib, elə yanına çatanda da ilk sualım bu qəbildən olur:
-Kəramət, bu sualdan çox vaxt yayınırsan. Gəl, konkretləşdirək ki, kitab maşınını bura necə qoymusan? Daha dəqiq, kimdən icazə almısan?
-Bilirsən, bu sualı o qədər və elə formada soruşurlar ki, qalıram belə. Baxın, görün ki, burda neçə obyekt var. Biri tualet qoyub, biri dönər satır, biri kiosk açıb. İndi bu ölkədə Kəramət Böyükçölün bir kitab dükanı ola bilməz? Gedin, onlardan da soruşun bu sualı, görün cavab verəcəklərmi?
-Amma bu da sualıma cavab olmadı…
-Deyirəm. Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər. Adamlar bu sözü eşitməyi istəyir ha. Ümumiyyətlə, hakimiyyət baxır, məni tanıyır. Sizcə, o qədər ağılsızdırlar ki, məndən nəsə tələb eləsinlər? Balaəlinin vəhşiləşdirdiyi cəmiyyəti Kəramət bu yolla maarifləndirir də. Olmazmı burda dayanmaq? İllərdir ki, yay-qış demədən çiynimdə çanta bu küçələrdəyəm, kitab satıram. İndi də əlimə bu cür xırda imkan düşüb. Bu qədər sadə.
-Bir sözlə, problem yaratmırlar.
-Yox e, niyə yaratsınlar ki? Kitab satdığımı görürlər də. İndi sözsüz ki, burda mənə olan münasibət rol oynayır, oxuyurlar, sevirlər. Bu da olmaz?
-Bu cür söhbətlər ona görə çıxır ki, səni daha çox müxalifətçi kimi tanıyırlar. Daha dəqiq, belə qələmə verirlər.
-(Gülür) Mən nə hökumətçiyəm, nə də müxalifətçi. Ümumiyyətlə, bu anlayışlar mənim üçün çox balacadır. Gözlərimdən aşağıdadır. Mən sadəcə, yazıçıyam, yazıçı.
-Bəs bu cür münasibətlərə görə narahat olursanmı?
-Olmuram, ancaq adamın ürəyi bulanır da hərdən. Nə deyəsən? Dittili səni öldürmür, ancaq bezdirə bilir. Bu da onun kimi bir şeydir.
Əslində, Kəramətlə müsahibə bu məqamda bitdi, mənə maraqlı olan məsələ bu sualların cavabı idi. Ancaq dilxoşluq üçün daha bir neçə standart sual verərək müsahibəni yekunlaşdırdım:
-Satışla bağlı vəziyyət nə yerdədir?
-Yaxşıdır. Ən azı mənim üçün. Mağazanın yerini camaata deyənə qədər birtəhər olurdum. Ona sağa dön, buna sola dön. Adam var, mağazanın düz qabağında dayanıb zəng edirdi ki, hardasan? Deyirdim, yerdəyəm, yerə girmişəm. Sonra da deyirdi, nə var bu zirzəmidə? Belə. Ancaq satış adamlardan da asılı olur. Vallah, elə adam olur, gəlir o qədər danışır, özüm havalanıram. Özü də, bir də görürsən, bu adamlar özü kitab oxumayan adamlar olur Bikardılar. Hələ bir alanlara da mane olurlar. O adamlar olmasa, daha çox kitab sataram.
-Kitab mağazası açanda belə bir ideyan var idi ki, filiallarını açasan. İndi necə, var belə ideyan?
-Yox, yoxdur. Belə daha rahatdır. Deyəndə də alınmır. Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğlu ha deyiləm.
Orxan Saffari,
gununsesi.info
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər